KÜVEYTDƏ NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Küveytdə növbədənkənar parlament seçkiləri keçirilir. 50 deputat yerinə 275 nəfərin, o cümlədən 27 qadının namizədliyi irəli sürülmüşdür. Küveytin əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah bu ilin martında qanunverici və icraedici orqanlar arasında ciddi fikir ayrılığı üzündən yaranmış siyasi böhranla əlaqədar əvvəlki parlamenti buraxmışdır.
Küveyt parlamenti ölkə büdcəsini və əsas qanunları qəbul edir, o, hər hansı nazirə etimadsızlıq göstərmək səlahiyyətinə malikdir. Hökumət ilə parlament arasında qarşıdurma çox vaxt əmirin qərarı əsasında parlamentin buraxılması ilə nəticələnir. Küveytdə bütün məsələlərin həllində son söz əmirindir.
Nazirlər deputat seçilə bilərlər, lakin, kabinetdə əsas vəzifələri tutan hakim as-Sabah ailəsinin üzvləri adətən deputatlığa namizədliklərini irəli sürmürlər.
Küveytdə rəsmən siyasi partiyalar olmasa da, cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyini əks etdirən qeyri-rəsmi siyasi birləşmələr fəaliyyət göstərir.
2006-cı ildə Küveytdə qadınlar ilk dəfə seçkilərdə iştirak etmişlər. Hərbçilərin, DİN və təhlükəsizlik orqanları əməkdaşlarının, habelə əcnəbilərin seçib-seçilmək hüququ yoxdur. Əhalisinin sayı 3,2 milyon nəfər olan əmirlikdə 2,2 milyon əcnəbi yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]