KXDR və Cənubi Koreya yaxın perspektivdə sülh sazişi imzalamaq niyyətindədirlər
Bakı, 28 aprel, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya 2018-ci ildə sülh müqaviləsi imzalamasına dair razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, tərəflər həmçinin Koreya yarımadasının bütövlükdə nüvə silahından azad edilməsinə barədə razılıq əldə ediblər.
Cənubi Koreya prezidenti Mun Çje in və KXDR lideri Kim Çen In arasında görüş Phanmuncom sərhəd məntəqəsində keçirilib. Görüşün yekunlarına dair qəbul olunan birgə bəyannamədə liderlər yaxın perspektivdə sülh müqaviləsi imzalamaq niyyətində olduqlarını ifadə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]