Laçının göz oxşayan işıqlı gecələri
Laçın, 12 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Dağlar qoynunda yerləşən füsunkar təbiəti, gözəl mənzərələri olan Laçın, digər gözəlliyini də şəhərdə aparılan abadlıq işlərindən alır. Laçının gündüzləri qədər gecələr də diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhərində aparılan tikinti-quruculuq və abadlıq işləri sayəsində şəhər qısa müddətdə simasını dəyişib. Şəhərdə yaşayan əhalinin sayı artdıqca evlərdən eyvana düşən işıqların da sayı artır. Bir sözlə nura boyanan gecələri ilə Laçın şəhəri diqqəti cəlb edir.
Laçının gecə görüntülərini təqdim edirik.