LALƏZAR MUSTAFAYEVANIN CIXIŞI:
- Əziz və hörmətli, dəyərli incəsənət xadimləri. Sizinlə birlikdə olmaqdan çox böyük qürur hissi keçirirəm. Söz çox böyük qüdrətə malikdir. Amma o, poeziyada daha gözəl səslənir. Mən öz fikirlərimi sözlə yox, indi sizə çatdıracağım şerlə bildirmək istəyirəm.
Baxın o ucalığa, bu boya, bu qamətə,
Baxın bir ürəkdəki dağ boyda cəsarətə.
Gəlişinə müntəzir yerin altı qitəsi,
Ayağının altında dünyanın xəritəsi.
Göyləri yara-yara qalxır ucalıqlara,
Ona ən müqəddəs ad öz xalqının adıdır.
Torpaq kökü, mayası, buludlar qanadıdır,
Azərbaycan sevgisi iliyində, qanında
Millətimi ucaldır millətlərin yanında.
Enir pilləkənləri, sıxır türkün əlini,
Sıxır doğma qardaşı Atatürkün əlini.
Sevindirir bu görüş Doğu ilə Batını,
Doğma xalqına verir ömrünü, həyatını.
Dünyanın aşmadığı dərəsi yox, dağı yox,
Su yollar, sel sullar, onun yorulmağı yox.
Şux yeriyir, şax durur, sərt, ötkəm, fikir qəti,
Sərrast addımlarında sərkərdə qətiyyəti.
Ən uca kürsülərə gər tutur sinəsini,
Çatdırır yer üzünə həqiqətin səsini.
Ayağını basırsa hansı yerə, ölkəyə,
Xeyir yanır günəştək, şər çəkilir kölgəyə.
Vaşinqton, London, Paris, Moskva...
Siyasət dünyasında gah istidir, gah soyuq.
Tez-tez dəyişir hava,
Dəyişən havaları cilovlayır nəfəsi,
Zərrə qədər tükənmir nə eşqi, nə həvəsi.
Odur Azərbaycanı dardan qurtaran kişi,
Sui-qəsdin, terrorun, təxribatın, ölümün
Kəskin baxışlarıyla bağrını yaran kişi,
Qarabağın dərdini yer üzünə car çəkir,
Qurtarmaqçın milləti yadların əllərindən
Xalqın cəfakeş oğlu hər gün cəfalar çəkir.
O yaradır, o qurur ən mübarək çağımı,
Öz əlilə qaldırır Avropanın bağrına
Sancılan bayrağımı.
O bayrağın altında arzularım gül açar,
O bayrağın altında həqiqətim dil açar,
Sabahı işıqlıdır, istiqlalı əbədi,
O Vətənin oğludur,Vətən onun məbədi.
Ömrü boyu xalqına can deyib, can söylədi,
Azərbaycan eşitdi, Azərbaycan söylədi.
Ömrü belə yaşayır Azərbaycanın oğlu,
Azad Azərbaycanın, bütün cahanın oğlu,
Millətimin ər oğlu, xalqımın Heydər oğlu.