Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Latviya münasibətləri hərtərəfli inkişaf etməkdədir. Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ölkələrimizi birləşdirən ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2011-ci il.