LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM VAYRA VİKE-FREYBERQAYA
Milli bayramınız - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda dost Latviya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasında tarixən mövcud olmuş əlaqələr bu gün yeni məzmun kəsb etməkdədir. Qarşılıqlı səfərlərimiz zamanı əməkdaşlığımızın geniş spektrinə dair imzalanan sənədlər münasibətlərimizin hərtərəfli inkişafını təmin edən mükəmməl hüquqi baza yaratmışdır. Əminəm ki, belə bir möhkəm təməl üzərində qurulan əməkdaşlığımız xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]