Ləğv prosesində olan 3 bankın 19 əmlakı hərracda satılıb
Bakı, 5 aprel, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə martın 27-də və aprelin 3-də ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
ADIF-dan AZƏRTAC-a bildiriblər ki, hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC "Bank Standard"ın balansındakı 1 ədəd "Toyota Avalon", 5 ədəd "Toyota Corolla", 2 ədəd "Mitsubishi Lancer", 4 ədəd "Hyundai Accent", 1 ədəd "Daewoo Nexia", 1 ədəd "Jeep Grand Cherokee" minik avtomobilləri və 2 ədəd bankomat satılıb.
Ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd "Lexus LS460" avtomobili və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 1 ədəd "QAZ-3302-18" yük avtomobili satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]