Lənkəranın Liman şəhərində 153 şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb
Lənkəran, 1 avqust, Bağır Əliyev, AZƏRTAC
Qurban bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Lənkəranın Liman şəhərində şəhid və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Liman şəhərindəki “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Qurban bayramı-kamillik və yardımlaşma” layihəsi çərçivəsində keçirilən humanitar aksiyada 153 nəfər şəhid və aztəminatlı ailəyə qurban payları təqdim edilib.