LEONİD KUÇMA PREZİDENTLİYƏ NAMİZƏDLİYİNİ ÜÇÜNCÜ DƏFƏ VERƏ BİLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir: Ukrayna Konstitusiya Məhkəməsinin hakimi Vladimir Voznyuk iyulun 3-də Kiyevdə keçirilmiş mətbuat konfransında bildirmişdir ki, Prezident Leonid Kuçma ölkə başçısı vəzifəsinə namizədliyini üçüncü dəfə irəli sürə bilər, çünki yeni Konstitusiya o, prezident seçildikdən sonra qəbul edilmişdir. O demişdir ki, L.Kuçmanın üçüncü müddətə prezidentliyə namizədliyini verməsinin mümkünlüyünə dair rəsmi şərh barədə Konstitusiya Məhkəməsinə hələlik müraciət daxil olmamışdır. Xatırladaq ki, Ukraynada növbəti prezident seçkiləri gələn ilin payızında keçiriləcəkdir. L.Kuçma bundan əvvəl bəyan etmişdir ki, bu seçkilərdə öz namizədliyini irəli sürmək fikrində deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]