CƏMİYYƏT
Lerikdə cəsədi tapılan şəxsin yaxınlığından 9 kiloqramdan çox narkotik maddə aşkarlanıb
Bakı, 21 may, AZƏRTAC
Cari il fevralın 2-də Bakı şəhər sakini Abil İsmayılovun Lerik rayonunun Tatonu kəndində qohumlarının evindən çıxaraq itkin düşməsi barədə Lerik Rayon Polis Şöbəsinə müraciət daxil olmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
A.İsmayılovun çürüməyə məruz qalmış meyiti mayın 19-da Mistan kəndi ərazisində tapılıb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən meyitin yaxınlığında torbanın içərisində çəkisi 4 kiloqrama yaxın tiryək, 5,2 kiloqramdan artıq heroin və min ədəd metadon həbi aşkar edilərək götürülüb.