Lionel Messi XXI əsrin ən yaxşı futbolçusu seçilib
Bakı, 29 aprel, AZƏRTAC
İspaniyanın "Barselona" futbol klubunun kapitanı Lionel Messi
XXI əsrin ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, qiymətləndirməni Besoccer portalı ProFootballDB ilə birlikdə aparıb. Siyahı tərtib edilərkən futbolçuların oyuna təsiri, qol və qol ötürmələri, rəqiblərin və turnirlərin səviyyəsini nəzərə alan ELO sistemindən istifadə olunub.
Birinci yerdə maksimum 100 xalla "Barselona" komandasının hücumçusu Lionel Messi qərarlaşıb. İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo da maksimum xal toplayıb, lakin statistikada argentinalı hücumçudan geridə qalıb. İlk üçlüyü "Arsenal" və "Barselona"nın sabiq oyunçusu Tyerri Anri tamamlayıb. Dördüncü və beşinci pillələrdə isə müvafiq olaraq Luis Suares və Zlatan İbrahimoviç qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]