Liviya sahillərində batan qayıqda 73 miqrant həlak olub
Bakı, 15 fevral, AZƏRTAC
Liviya sahillərində batan qayıqda Afrika ölkələrindən Avropaya yollanan 73 qeyri-leqal miqrantın həlak olduğu bildirilir. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı məlumatda bildirilib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında qeyd olunub ki, çərşənbə axşamı baş verən faciədən sonra Liviyanın xilasedici qrupu dənizdən cəmi 11 nəfərin cəsədini çıxara bilib. Paytaxt Tripolidən 80 kilometr aralıda yerləşən Qəsr Əl-Xəyar qəsəbəsindən dənizə açılan və batan qayıqda olan 80 miqrantdan 7-sini xilas etmək mümkün olub. Onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Liviya hökumətinin məlumatında bildirilir ki, xilasedicilər qrupu itkin düşmüş miqrantların cəsədlərinin axtarışını davam etdirir. Əlverişsiz hava şəraiti və sahilə olan məsafənin uzaq olması xilasetmə işlərini çətinləşdirir.
Beynəlxalq Miqrasiya Təşkilatının son məlumatında deyilir ki, Afrika ölkələrindən Avropaya qanunsuz miqrasiyanın əsas marşrutu olan Liviya sahillərində bu ilin əvvəlindən bəri 130 nəfər həyatını itirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:05]
Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
- 08.06.2026 [14:27]
İyunun 8-i Ümumdünya Okeanlar Günüdür
- 08.06.2026 [14:25]
Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
- 08.06.2026 [13:40]
Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar
- 08.06.2026 [13:36]