LYUBLYANA ŞƏHƏRİNİN MƏRKƏZİ HİSSƏSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi hissəsi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı və xanımı şəhərin mərkəzində yerləşən slavyan kilsəsinə baxdılar, şəhəri iki hissəyə bölən Seba çayını, “Cankarjevo” sahil küçəsini və tarixi körpünü seyr etdilər.
Şəhərlə tanışlıq dövlətimizin başçısında xoş təəssürat yaratdı.