Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macar jurnalist: Bakı dağıdılmış regionların bərpası üçün pulunu və qüvvəsini əsirgəməyəcək

Macar jurnalist: Bakı dağıdılmış regionların bərpası üçün pulunu və qüvvəsini əsirgəməyəcək

Budapeşt, 5 iyul, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına bu günlərdə səfər etmiş macar reportyorlar arasında “Madyar Nemzet” nəşrini təmsil edən David Laslo da vardı.

AZƏRTAC xəbər verir ki, Laslo vətənə qayıdandan sonra həmin səfər müddətində gördüklərinin yekunları barədə material hazırlayıb. Onun ezamiyyətə yola düşməzdən əvvəl hazırlayacağına söz verdiyi silsilə məqalələrdən birincisi “Minalanmış sahədə ehtiyatlı olun!” adlanır.

Müəllif bu məqaləsində yazır ki, Azərbaycanın hərbi qələbəsi Bakının Qarabağda atdığı addımların yalnız birincisidir. 44 günlük müharibə nəticəsində erməni hərbçilər qaçıblar, lakin azərbaycanlı qaçqınları öz evlərinə qayıtmalarına hələ icazə verilməyib. Onların əcdadlarının yaşadığı torpaq ölümcül təhlükəlidir: piyadalar əleyhinə və tank əleyhinə minalar, fuqaslar, partlamamış mərmilər və raketlər... Ən təqribi hesablamalara görə Qarabağda yüz minlərlə belə “müharibə suvenirləri” var.

David Laslo ilə söhbətində obıvatelin bütün Hollivud təsəvvürlərini alt-üst edən azərbaycanlı istehkamçı deyib: “Burada hər şey kinodakından fərqlidir! Burada əsgəri ölümcül dərəcədə qorxuya salan şaqqıltı yoxdur. Ətrafda güllələr vıyıldayanda irəli qaçmaq lazımdır. Tullanan “qurbağa” çox təhlükəli minadır. Yarpaqların altında, yerin səthinə yaxın basdırılan bu minalar işə düşəndə şaquli istiqamətdə yuxarıya “tullanır”, mərmilər mümkün qədər çox əraziyə ziyan vurur”.

Keçən ilin payızında Azərbaycan erməni hərbçiləri tərəfindən əldə saxlanılan Qarabağın bəzi regionlarını döyüşə-döyüşə geri alanda hücuma keçən əsgərlər üçün ən böyük problemlərdən biri hər yerdə rast gələn minalar idi. Bu minaların bəziləri 1988-1994-cü illərdə baş vermiş birinci müharibə dövrünə aiddir, onilliklər boyu davam etmiş amanabənd atəşkəs dövründə isə minlərlə yeni mina qoyulub. Ötən ilin noyabr ayında Ermənistanın kapitulyasiyasından sonra atəş səsləri kəsilib, lakin minalar əvvəlki kimi yenə də ölüm təhlükəsi mənbəyidir. İyun ayının əvvəlində iki azərbaycanlı jurnalist və bir nəfər yerli məmur həlak olub. Onların avtomobili tank əleyhinə minaya düşüb.

İnformasiya agentliklərinin məlumatına görə atəşkəs anından bu günə qədər mina partlayışları nəticəsində 20 nəfər mülki şəxs və 7 əsgər həlak olub, 86 əsgər və 29 mülki şəxs yaralanıb.

Reportyor yazır: “Mən müharibə və ölüm səslərini eşitmişəm. İstehkamçılar topladıqları 30 minanı bir dəfəyə məhv edirdilər. Qulaqbatırıcı, lakin qısa detonasiya nəticəsində alov və tüstü sütunu 8-10 metr hündürlüyə qalxır”. Lakin partlayıcı qurğuların heç də hamısı məhv edilmir.

Minatəmizləmə işlərinin rəhbərlərindən biri Davidə izahat verərək deyib: “Bu xəritələrdə şaxtanın yerləşdiyi ərazi sarı rənglə qeyd edilir. Göy rəng bizim istehkamçının işə başladığı yeri, qara rəng - itin olduğu yeri, ağ rəng isə - təhlükəsiz sahəni göstərir”.

Ensiz cığırın ətrafında qırmızı payalar, hündür otluqda bir neçə sarı paya görünür. Bir qədər yuxarıda, yol kənarındakı sahədə minalar döyüş nizamı şəklində düzülüb. Lövhələrdə xəbərdarlıq edilir: “Minalanmış sahədə ehtiyatlı olun!”

Əvvəlcə infrastruktur - yollar və insan məskənləri təmizlənir. İstehkamçılar onların sərəncamında olan bütün vasitələrdən - xüsusi təlim keçmiş itlərdən, metalaxtaran qurğulardan və Britaniyada istehsal edilmiş “Aardvark” zirehli maşınlarından istifadə edirlər. Bu maşın ağır zəncirlərlə qarşısındakı torpağı eşir. İş ləng gedir. Balaca bir səhv insanın həyatı bahasına başa gələ bilər. Minatəmizləmə işinin nə vaxt başa çatacağını heç kəs bilmir. Azərbaycan Ermənistandan minalanmış sahələrin xəritələrini gözləyir. İyun ayında erməni əsilli 15 hərbi əsir təhvil verilərək bunun müqabilində bir neçə xəritə alınıb, lakin hətta Ermənistanın baş naziri Nikol Paşinyan da etiraf edib ki, bunlar xəritələrin yalnız kiçik bir hissəsidir. Xəritələr olmasa ərazilərin təmizlənməsinə uzun illər gedəcək. Axı minalanmış ərazilərin sahəsi bir neçə min kvadratkilometrdir.

Jurnalist dost Macarıstanın Azərbaycana kömək əlini uzatması barədə də yazır. Bu ölkənin hökuməti 25.000 avro məbləğində yardım ayırıb. Həmin qrant Azərbaycan Milli Minatəmizləmə Agentliyinə (ANAMA) ödənilib. Bu da məlumdur ki, 2021-ci il martın 10-da Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyartonun Bakıya işçi səfəri çərçivəsində Macarıstan və Azərbaycan biznesmenlərinin görüşü keçirilib. Həmin görüşdə Qarabağın bərpasında Macarıstanın iştirakı məsələsi müzakirə edilib. Macar şirkətləri baza infrastrukturunun yaradılması üçün zəruri sahələri təmsil edir. Bərpa məsələlərinə dair həm hökumət səviyyəsində, həm də potensial korporativ tərəfdaşlar arasında təmaslar davam edir.

Lakin Qarabağ hələlik tam təmizlənməyib, buna görə də bərpa işləri və qaçqınların doğma yurdlarına qayıtması arzu edilən surətlə başlana bilmir. Azərbaycanlıların böyük əksəriyyəti azad edilmiş əraziləri hələ görməyib, çünki təhlükəsizlik mülahizələrinə əsasən bu ərazilər bağlıdır. Oraya getmək üçün xüsusi buraxılış sənədi tələb olunur.

Jurnalist Ünsal İbrahimli ad-soyadlı qaçqınla görüşüb. Unsal deyib: “Mən burada doğulmuşam, dağın ətəyində yerləşən bu məktəbdə oxumuşam. Yadımdadır, orta məktəbi bitirib universitetə daxil olmağa hazırlaşırdım, elə bu vaxt erməni təcavüzü başladı. Biz evlərimizi itirdik və qaçmağa məcbur olduq. Qubadlı rayonunda bir şəhər və 94 kənd var idi. Biz hər şeyi, evlərimizi, mebeli, ev heyvanlarını qoyub getdik. İnsanlar təkcə paltarlarını götürüb qaçırdılar.

Mənim əcdadlarımın azı altı nəsli burada yaşayıb. Təəssüf ki, qohumlarımın əksəriyyəti bu torpaqların azad edildiyi günə qədər yaşamadılar. Mən bu torpağı ilk dəfə görəndə hönkürüb ağladım”.

Ermənilər azərbaycanlıları bu ərazidən qovandan sonra özləri burada məskunlaşa bilməyiblər. Onlar onilliklər ərzində Cəbrayıl, Füzuli və Ağdamda daşı daş üstə qoymayıblar. Ərazilərdə taktiki müşahidə aparmaq məqsədilə meşələr tamam qırılıb. Torpaqlar əkilib becərilməyib, tarlaların yerini alaq basıb, məscidlər dağıdılıb, bəzi məscidlərdə isə ermənilər donuz saxlayıblar.

Müəllif sonda yazır ki, kabusa çevrilmiş şəhərləri bərpa etmək praktiki olaraq qeyri-mümkündür. Hər şeyi sıfırdan başlamaq lazım gələcək.

Türkiyədən alınmış inşaat texnikasının səsi eşidilir, şəraitin imkan verdiyi dərəcədə yollar salınır, elektrik şəbəkələri qurulur, paralel olaraq “ağıllı” şəhərlər tikilir. Ağdamın yerində on minlərlə əhalisi olan daha müasir meqapolis salınacaq. Bu proqramlar üçün Azərbaycan pulunu və qüvvəsini əsirgəməyəcək.

David Laslo məqaləsinin sonunda yazır ki, bərpa işlərinin birinci mərhələsi 2024-cü ilə qədər başa çatdırıla bilər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub