Macarıstan ilə iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub
Bakı, 5 may, AZƏRTAC
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ilə ölkələrimizin iqtisadi tərəfdaşlığının gücləndirilməsi istiqamətində səmərəli müzakirələr aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
O qeyd edib ki, görüşdə Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün yaradılmış biznes mühiti, sənaye, energetika, əczaçılıq, nəqliyyat, bank və digər sahələrdə əməkdaşlıq imkanları, ticarət əlaqələrinin təşviqi müzakirə olunub.