MAESTRO NİYAZİNİN YUBİLEYİ QEYD OLUNACAQ
Görkəmli drijor və bəstəkar Niyazinin ilhamlı musiqisi dekabrın 5-də böyük sənətkarın ev muzeyində yenidən səslənəcəkdir. Niyazi sənətinin vurğunları onun sağlığında olduğu kimi, yenə də musiqi ustasının ad gününü qeyd etməyə gələcəklər.
Muzeydən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mədəniyyət Nazirliyinin təşkil etdiyi xatirə gecəsi maestronun 90 illik yubileyi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına uyğun olaraq həyata keçirilir. Gecədə mərhum sənətkarın dostları, tanınmış ziyalılar, görkəmli musiqişünaslar, müğənnilər öz yaradıcılığı ilə milli musiqi mədəniyyətimizin tarixində silinməz izlər buraxmış Niyazi haqqında xatirələrini danışacaqlar. Eyni zamanda, incəsənət ustaları Niyazinin əsərlərini ifa edəcək, lent yazıları səslənəcəkdir.
Musiqi Mədəniyyəti Muzeyinin maestronun həyat və yaradıcılığına həsr etdiyi sərgi də niyazisevərlərə təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:21]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [15:48]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [11:26]
Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]