Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mahirə Nağıqızının ədəbi-poetik dünyası

Mahirə Nağıqızının ədəbi-poetik dünyası

Bakı, 4 fevral, AZƏRTAC

Sözsüz ki, poetik ənənələri min illərlə ölçülən Azərbaycan poeziyasında öz oxucusunu heyrətləndirən, düşündürən və onu dəmir məntiqlə duyğusal hisslərin yaratdığı heyrətamiz ovqata yol yoldaşı edəcək şeir nümunələrinə elə də tez-tez rast gəlinmir.

Tariximizi vərəqlədikdə görürük ki, Azərbaycan qadınları xalqın tərəqqisində həmişə fəal rol oynayıblar. Onlar gözəllikləri, nəcib əməlləri, ağıl və zəkaları ilə təkcə nümunəvi ailə kultu yaratmayıblar, igid oğullar, qızlar tərbiyələndirməklə yanaşı, milli mənəviyyatın, sosial əxlaqın formalaşması və sağlam, uzaqgörən idarəçilik işinə də öz töhfələrini vermişlər.

Öz fədakar əməyi, fəal ictimai mövqeyi, filologiyamızda orijinal yeri olan belə qadınlardan biri də filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şair Mahirə Nağıqızıdır.

AZƏRTAC bildirir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın Mahirə Nağıqızının poeziyası barədə birgə yazdıqları məqalədə yer alıb.

Şairənin lirik "Mən"i qəlbinin hökmü ilə nəfəs alır, düşünür, sevinir. Düşüncələr daha çox hər an pünhan qalmış sirləri açmağa hazırdır. Burada sevginin tərənnümündən çox, insanın iç dünyasının iztirabları önə çıxır. Bu da təsadüfi deyil, bütün bunlar mənən iztirab və əzab çəkmiş insanın artıq gizli saxlaya bilmədiyi duyğularının sözdə poetikləşən müxtəlif çalarlarıdır:

O da dağ, bu da dağ, ayrı-ayrıdı,

Çayını aparan dərəsi birdi.

Yalında gözləyə, yan-yörəsində

Yüz ovçu dayana, bərəsi birdi.

Kimdi ox olanı, kimdi yay çəkir,

Kimdi qazan asan, kimdi pay çəkir?

Neçə min ildir ki, ərlər hay çəkir,

Dərdləri cürbəcür, nərəsi birdi. ("Birdi")

Mahirə Nağıqızı nəğməkar şairdir. Genetik köklərin qaynaqlandırdığı nəğməkarlığın şairin doğma dayısı, Azərbaycan filologiyasında xüsusi yeri olmaqla bərabər, həm də trendə çevrilən mahnılar müəllifi kimi tanınan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevdən gəldiyinə isə heç kimin şübhəsi yoxdur. Bunun üçündür ki, bəstəkarların onun sözlərinə bəstələdiyi onlarla mahnılar müğənni və xanəndələrimiz tərəfindən sevilə-sevilə oxunduğu kimi, dinləyicilər tərəfindən də eyni sevgi ilə qarşılanır. Həmçinin çağdaş aşıqlarımız öz repertuarlarında Mahirə xanımın qoşmalarına məxsusi yer verirlər. Əməkdar artist, xanəndə Elnur Zeynalov Mahirə Nağıqızının sözlərinə ürəyəyatan mahnılar bəstələyib və onların birini də sevilən gənc xanəndə-müğənni Almaxanım Əhmədli şövqlə oxuyur. “Sən olaydın” adlanan nəğmə tamaşaçılar tərəfindən rəğbətlə, məhəbbətlə qarşılanır.

Mahirə Nağıqızı zəngin yaradıcılığı öz şəhdini, şirəsini xalqımızın minilliklər boyu yaşatdığı milli folklorumuzdan almış, ona yeni rəng, yeni nəfəs, yeni ruh qataraq çağdaş dövrümüzün söz xəzinəsində əbədiyyət qazandırmışdır. Şair əsrlərdən süzülüb gələn qədim adət -ənənələrə söykənərək, milli kimliyimizi, mənəvi-əxlaqi dəyərlərimizi, xalqımızın mübarizələrlə dolu qəhrəmanlıq salnaməsini öz poetik dünyasında qərarlaşdırmış, fəlsəfi məzmun və mündəricəyə malik olan yüksək tendensiyalı əsərlər yaradaraq oxucuların ixtiyarına vermişdir.

Şairin çoxşaxəli yaradıcılığında Vətənin hər gülü-çiçəyi, ağacı-daşı, dağı-dərəsi, büllur bulaqları, kükrəyən çayları Azərbaycanın ekvivalenti anlamını ifadə edən müqəddəs bir məkan kimi simvollaşdırılır. Onun vətən sevgisi bitib- tükənməyən, sonsuzluğa qədər davam edən ən ali, ülvi hisslərin məcmusuna çevrilir:

Bitər sərhədlərin bu yer üzündə,

Qəlbimdə sərhədin nədən bitmədi?

Gəlmisən, üzürsən eşq dənizində,

Sənə məhəbbətim, Vətən, bitmədi.

Şair özünü bir an da olsa, vətəndən ayrı təsəvvür etmir. Qürbətdə yaşamağın mümkünsüzlüyünü etiraf etməklə sanki şaxtadan, qardan donmuş zərif bir çiçəyin taleyini gözlərimiz qarşısında canlandırır. Vətən məhəbbətinin böyüklüyünü, əvəzolunmazlığını izhar etmək üçün ana yurdun bir qarış torpağının istisinə sığınmağın insana səadət və xoşbəxtlik gətirdiyini yüksək poetikliklə əks etdirir :

Haraya getsəm də, Vətən, ay Vətən,

Könlümdə ruhunun var, havası var.

Ayrılıqdı bilməm, xiffətdi- bilməm,

Sənsiz hər tərəfdə qar havası var.

Köksündə dondurmaz ayazı qışın,

İstisi bəsimdi bircə qarışın.

Qürbətdə küləyin, yağan yağışın,

Səsində bir ahu-zar havası var.

Erməni vandallarının əsrlərdir Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, otuz il düşmən əsirliyində qalan doğma Qarabağımızın talan edilməsi, yağı tapdağı altında inləməsi şairdə acı təəssüf hissi doğurur, lakin insana ümidsizlik təlqin etmir. Şair vətəni, ana yurdu və onun timsalında xalqımızı, vətən övladlarını məğrurluğa, əyilməzliyə səsləyir:

Qan axan yarana gözüm yaşını

Dərman əvəziydi, səpələdim mən.

Bu da bir sınaqdı, əymə başını,

Sınıq əhvalına dözə bilmərəm.

Mahirə Nağıqızının “Sən döyüşə hazır ol” şeiri Azərbaycan xalqını bir ideya ətrafında birləşməyə, düşmənlərə qarşı eyni mövqedən çıxış etməyə istiqamətləndirən səfərbərlik çağırışıdır. Şeirdə Azərbaycan əsgərinin qəhrəmanlığına, şücaətinə, məğlubedilməzliyinə böyük ümidlər bəsləyən, onun gücünə, qüdrətinə güvənən xalqımızın məğrur və təəssübkeş ziyalısının qəlbində əbədi və əzəli torpaqlarımızın azad olunacağına dərin inamı ifadə olunmuşdur:

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,

O yürüşün naminə son döyüşə hazır ol!

İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,

Pir görüşün naminə, son döyüşə hazır ol!

Sən vətənin gücüsən, vətənin əsgər oğlu,

Vətən haya çağırmaz, haraylamaz hər oğlu.

Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,

O gəlişin naminə, son döyüşə hazır ol!

44 günlük Qarabağ savaşında hər bir Azərbaycan əsgərinin devizinə çevrilən bu misralar bizi qələbədən-qələbəyə apardı. Azərbaycan xalqı və onun mübariz, cəsur oğulları zülm və istibdada, erməni vandalizminə son qoydu.

Mahirə Nağıqızının vətənpərvərlik ruhunda qələmə aldığı şeirlərində incə və kövrək duyğuların tərənnümü ilə yanaşı, şairin çox böyük uzaqgörənliklə torpaqlarımızın azad ediləcəyinə, qələbəyə dərin inamı ifadə edilir:

Düşmən tapdağında qalmaz bir qarış,

Onlarsız yaşamaq olar dan bizə.

Danış olanlardan, bizə sən danış,

Əmrini verəcək Komandan bizə.

Mahirə Nağıqızının bu müqəddəs arzusu bütövlükdə Azərbaycan xalqının istəyi kimi reallaşdı, Ali Baş Komandan İlham Əliyevin və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində əzəli Qarabağımız düşmən caynağından qoparıldı. Bu tarixi Qələbə bütün həmvətənlərimiz kimi Mahirə Nağıqızının da hədsiz sevincinə səbəb oldu və onu yeni-yeni vətənpərvərlik mövzusunda əsərlər yazmağa ruhlandırdı.

Mahirə Nağıqızının zəngin və çoxçalarlı poeziyasında Azərbaycan, onun füsunkar təbiəti, tarixi taleyi, başı bəlalar çəkmiş xalqımızın minilliklər boyu çətin sınaqlara məruz qalması və bu sınaqlardan uğurla çıxması kimi məsələlər diqqət mərkəzində saxlanılır. Vətən, yurd həsrətilə yaşayan soydaşlarımızın nisgili, harayı, öz elindən-obasından didərgin düşən həmvətənlərimizin doğma yurdlarına qayıtmaq inamı şairin poetik dünyasının prioritet mövzusuna çevrilir. Şairin bu arzusu, istəyi təbiətlə insanın daxili vəhdətindən, harmoniyasından yaranan milli və bəşəri duyğuların tərcümanına çevrilərək bütövlük yaradır.

Kim dedi ki, göyə qalxan durnalar

Elə-belə, qarasına uçacaq...

Hərəsinin içində bir sevda var,

Baxmaz hicran yuvasına, uçacaq,

Qürbət eldə qərib baxtı oyanmaz,

Bir çalardı, başqa rəngə boyanmaz.

Bilir qəlbim həsrətinə dayanmaz,

Qayıtmağın havasına, uçacaq.

Azərbaycan ədəbiyyatının əbədi və əzəli mövzusu olan ana məhəbbətinin böyüklüyü, müqəddəsliyi, paklığı, əvəzolunmazlığı Mahirə Nağıqızının yaradıcılığının əsas leytmotivinə çevrilir. Bütün çətinliklərə sinə gərərək min bir əziyyətlə övlad böyüdən, qayğıkeş, mərhəmətli, cəfakeş ana obrazı ümumiləşmiş Azərbaycan qadınlarının simvolu təsiri bağışlayır:

Sənə açılan gün sənin deyildi,

Bizlə bölüşübsən lap əvvəlindən.

Necə saxlayırdın, möcüzə idi,

Yorğun gözlərində təbəssümü sən.

O gözün nuruyla dünya göründü,

Oradan başladı yolumuz bizim.

Həmin təbəssümdür bəlkə də indi,

Ən böyük sərvəti hər birimizin.

Şeirin hər misrasında ana nəvazişinin istisində qızınan övlad qəlbinin hərarətini, üzündə o müqəddəs varlığın çöhrəsindən nur alan təbəssümünü və böyük həyat eşqini, qurub- yaratmaq əzmini, gələcəyə inam hissini görmək mümkündür.

Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli tarixi yolu digər mənəvi dəyərlərlə yanaşı, həm də onun ana dilinin saflığında, duruluğunda, dərin məna qatında və çoxçalarlığında ehtiva olunur. Mahirə Nağıqızının yaradıcılığında ürəkləri riqqətə gətirən, sehrləyən, məhəbbət və nəvazişlə süslənən, ecazkar ana obrazını tərənnüm edən şeirlər önəmli yer tutduğu kimi, ana dilinə həsr etdiyi poetik nümunələri də xüsusi yer tutur. “Orxonlardan üzü bəri yazın qalıb, Altaylardan Balkanlara izin qalıb”, - deyən şair Azərbaycan dilinin minilliklər boyu çox çətinliklərdən keçərək, cilalanaraq günümüzə gəlib çatmasını, xalqımızın Zəfər salnaməsinin bu dildə yazılmasını böyük qürur hissilə xatırladır:

Bu dünyanın yaşı qədər tarixin var,

Sonu qədər, başı qədər tarixin var,

Dağı qədər, daşı qədər tarixin var,

Ha baş vursam bitməz qatı, ana dilim,

Dədəm-babam amanatı, ana dilim.

Mahirə Nağıqızının zəngin söz palitrasında onun təbiətin, cəmiyyətin və idrakın ümumi inkişaf qanunauyğunluqlarının poetik anlamını, dərin fəlsəfi fikir yükünü daşıyan şeirləri diqqəti cəlb edir. Yaradılışdan bu günədək bəşər övladının keçdiyi ömür yolunun mahiyyətini açan, sirlərlə dolu kainatın möcüzələrinə işıq salan bu poeziya nümunələri şairin öz oxucusu ilə ixtilatı təsiri bağışlayır və insanı dünyanı dərk etməyə, onun var-dövlətinə, şan-şöhrətinə uymamağa, həyatın enişli-yoxuşlu yollarında büdrəməməyə, ağıla və idraka arxalanmağa bir çağırış nidasıdır.

Şair “Yol gələr, yol gedər mənzilə çatmaz, Yollarda başlayar, bitər bu dünya” kimi fəlsəfi deyimlərdə ucu-bucağı görünməyən qoca dünyanın paradoksallıqlarını yüksək sənətkarlıqla açıb göstərir:

Ümiddən düşməyən dilək yaratdı,

O, Allah yaratdı, mələk yaratdı.

Ev qurdu, bağ saldı-gerçək yaratdı,

Özünü gəzənin duyğusu-dünya.

Nə salam verəndir, nə salam alan,

Ovqatı ötəri, vüsalı yalan.

Mahirə, söylə ki, bizlərə qalan,

Bir addı, onun da suçlusu dünya.

Şairin kövrək, zərif duyğu və düşüncələrinin tərcümanına çevrilən lirik şeirlərində insan qəlbinin ən incə məqamlarına həssas münasibət sərgilənir. İnsanın daxili dünyasına qayıdış, onun öz lirik “mən”i ilə həmsöhbət olması kimi ülvi hisslər ön plana çəkilir. Yer üzünün əşrəfi sayılan insanı yaşadan, ömrünün bütün çağlarında ona həmdəm olan, onunla doğulub, onunla əbədiyyət qazanan məhəbbət hisslərinin aliliyi şairin lirikasının əsas parametrinə çevrilərək ömür yolunu işıqlandırır:

Deyirsən ki, sevgin ilə qocaldım,

Bilmirsənmi sevən insan qocalmaz!

Mən nə sevdim, nə sevəndən öc aldım,

Onu bildim hər pasiban qocalmaz.

Bu dünyanın çölü, düzü qocalar,

Min illərin fikri, sözü qocalar,

Nə zamansa dünya özü qocalar,

Eşqi bilən ruha dərman qocalmaz.

Mahirə Nağıqızının polifonik yaradıcılığında onun geniş dünyagörüşünü, həyata və cəmiyyətə baxışını, fəlsəfi fikir yükünü özündə əks etdirən “Rənglərin simfoniyası” şeirinin xüsusi yeri var. Şair min illərin dərin mifik yaddaşına söykənərək yeddi rəngin hər birinin spesifik xüsusiyyətini, çalarlarını simvollaşdıraraq onların əsl mahiyyətini açmağa müvəffəq olur:

Ağappaq dünyamdır ruhuma güzgü,

Əminlik - deyəndə, yada Ağ gələr.

Qırmızı rəngində istəklə sevgi,

Gücün, iradənlə yaşamaq gələr.

Yaşıl- düzgünlüyün, cəhü-cəlalın,

İradə, dözümün özüdür ancaq.

Göy rənglə birləşsə ağıl-kamalın,

Səni yüksəklərə o qaldıracaq.

Mahirə Nağıqızının çəhrayı rəngi təmiz məhəbbətin, boz rəngi ilahi qüvvətin, qara rəngi bəşəriyyətin pisliyə açdığı dava-dalaşın, sarı rəngi dirçəlişin, zəfər və qələbənin rəmzi kimi simvollaşdırması onun öz sələfləri olan Səməd Mənsurdan, Rəsul Rzadan fərqli bir yanaşma olduğunu göstərən maraqlı məqamlardır.

Görkəmli alim, pedaqoq, istedadlı şair, Əməkdar müəllim Mahirə Nağıqızı 30 ildən artıqdır ki, böyük yaradıcılıq yolu keçərək ədəbi fəaliyyətinin kamillik zirvəsinə yüksəlmişdir. Azərbaycan elminin, zəngin və çoxəsrlik ədəbiyyatımızın inkişafına dəyərli töhfələr verən Mahirə Nağıqızına yeni-yeni yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzulayırıq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb