Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Gyorge İvanova
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Makedoniya xalqına əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 iyul 2011-ci il.