Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Malaysia Airlines”ın itmiş “Boeing 777” sərnişin təyyarəsini harada axtarmalı?

“Malaysia Airlines”ın itmiş “Boeing 777” sərnişin təyyarəsini harada axtarmalı?

Kuala-Lumpur, 12 mart (AZƏRTAC). “Malaysia Airlines” (MAS) şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin müəmmalı yoxa çıxması bu gün demək olar ki, bütün dünya kütləvi-informasiya vasitələrinin diqqətdə saxladığı ən vacib xəbərlər sırasında ön yerlərdən birini tutur. Artıq dörd gündür ki, aparılan axtarışlar çoxlu sayda qüvvələrin cəlb edilməsinə baxmayaraq, hələ də nəticə verməmişdir. Dünyanın səkkiz ölkəsinin 42 gəmisi və 35 təyyarəsinin böyük bir sahədə apardığı axtarışlar hələ bu müəmmanın cavabını tapmağa imkan verməmişdir.

Malayziya Kral Mülki Aviasiyasının Departament rəisi Azharuddin Abdul Rahman keçirdiyi son mətbuat konfransında təəssüflə bildirmişdir ki, hələ də təyyarənin qəzaya uğradığını təsdiq edən heç bir fraqment tapılmamışdır, nəinki təyyarənin özü.

“Aviasiya qəzaları tarixində hələ indiyədək axtarışların bu qədər və bu diapazonda aparıldığı ikinci hadisə məlum deyildir”. Bu sözlər “China Southern Airlines” şirkətinin prezidenti Sı Syanminin Malayziyanın “Star” qəzetinə müsahibəsindən götürülmüşdür.

Nəticədə malayziyalı məmurun “presedentsiz müəmma” adlandırdığı təyyarənin yoxa çıxması ilə bağlı diqqətlər sərnişinlərin həyatı ilə bağlı narahatlıqdan daha çox “nə baş vermişdir?” sualı ətrafında cəmlənməyə başlamışdır.

Bəs dəqiq məlum olan nədir?

Malayziya milli aviaşirkətinə məxsus, göyərtəsində 227 sərnişin, 12 heyət üzvü olan və Kuala-Lumpurdan Pekinə uçan təyyarə martın 8-nə keçən gecə saat 02:41 dəqiqədə radarların ekranlarından heç bir həyəcan siqnalı vermədən itmişdir. Sonuncu əlaqə zamanı o Krallığın şərq sahillərindən 220 kilometr məsafədə olmuşdur. Uçuş zonasında hava şəraiti yaxşı olmuşdur. Təyyarə böyük uçuş təcrübəsinə malik 53 yaşlı kapitan Zahari Əhməd Şah tərəfindən idarə edilmişdir. 27 yaşlı ikinci pilot Farik Əb Namid də 2763 saat uçuş təcrübəsinə malik olmuşdur və təyyarə son reysdən 10 gün qabaq tam yoxlamadan keçmişdir.

Təyyarənin “qara qutuları”nın da siqnalları qeydə alınmamışdır. “Star” qəzetinin ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Bürosunun (NTMB) keçmiş əməkdaşına istinadla yazdığına görə, normal şəraitdə həmin siqnal bir neçə yüz mil məsafədən eşidilməli idi.

Sual doğuran digər məqam təyyarənin geri dönmək istəməsi ilə bağlıdır. Aviareyslərin izlənməsi ilə məşğul olan “Flightradar24.com” internet saytının hələ təyyarənin itdiyi gün verdiyi məlumata əsasən, təyyarə ilə əlaqə kəsilməzdən bir dəqiqə əvvəl o 200 metr aşağı enərək, uçuş kursunu 40 dərəcə dəyişmişdir.

Bir gün sonra Malayziyanın Kral Hərbi-Hava Qüvvələrinin komandanı bu faktı təsdiq edərək demişdir: “Radarların yazılarını öyrəndikdən sonra məlum olmuşdur ki, təyyarə, ola bilər geriyə dönmək istəmişdir”.

Buna görə də itmiş “Boeing 777-200”-ün axtarışları 10 kilometrlərlə qərbə doğru genişləndirilmiş, lakin yenə də heç bir nəticə əldə edilməmişdir. Axtarış-xilasetmə işlərinə cəlb edilmiş ABŞ-ın P-3 təyyarəsi də ərazidə heç nə tapa bilməmişdir. ABŞ-ın 7-ci donanmasının rəsmi nümayəndəsi “Reuters” agentliyinə bildirmişdir ki, həmin təyyarə dənizdə ən kiçik qırıntıları belə qeydə almaq qabiliyyətinə malikdir. Lakin hələlik onun tapdıqları yalnız zibil və taxta qırıntılarıdır.

Eyni zamanda, təyyarə geri dönmək istəmişdirsə, pilotlar bu barədə məlumat verməli idilər. Amma bu, baş verməmişdir.

Başqa bir məqam, təyyarədə müəmmalı sərnişinlərin olmasıdır. MAS əvvəlcə təyyarədə 154 Çin və Tayvan, 38 Malayziya, 7 İndoneziya, 6 Avstraliya, 5 Hindistan, 4 Fransa, 3 ABŞ, hər birindən 2 Yeni Zelandiya, Ukrayna və Kanada, həmçinin hər birindən 1 Rusiya, İtaliya, Niderland və Avstriya vətəndaşlarının olduğunu bildirmişdir. Lakin tezliklə məlum olmuşdur ki, siyahıda adları qeyd edilən avstriyalı Kristian Kozil və italiyalı Luici Maraldi əslində öz evlərindədirlər. Onların hər ikisinin bildirdiyinə görə, Tailandda olarkən hər ikisinin pasportu oğurlanmışdır. Hazırda malayziyalı təhqiqatçılar müvafiq səfirliklər vasitəsilə daha iki sərnişinin başqa pasportlardan istifadə edərək təyyarəyə keçməsi faktını araşdırırlar.

Mövzu ilə bağlı bəyanatla çıxış edən İnterpolun Baş katibi Ronald Noble bildirmişdir ki, oğurlanmış pasportlarla itmiş təyyarə arasında əlaqənin mövcudluğu barədə danışmaq hələ tez olsa da, istənilən sərnişinin İnterpolun məlumat bazasında yerləşdirilmiş belə bir pasportla beynəlxalq reysə minməsinin mümkünlüyü faktı ciddi narahatlıq doğurur.

Adının çəkilməsini istəməyən diplomatlardan biri Malayziya KİV-lərinə bildirmişdir ki, Kuala-Lumpur oğurlanmış pasportlardan istifadə etməklə miqrantların Avropaya ötürülməsinin mühüm mərkəzlərindən biri hesab edilir. Buna görə də göyərtədə saxta pasporta malik iki sərnişinin olması, avtomatik olaraq təyyarənin itməsinin onlarla əlaqələndirilməsinə heç bir əsas vermir. Kuala-Lumpurun bu zəncirdə rolu barədə nə qədər çox bilirsinizsə, onda belə bir əlaqənin mümkünlüyü də daha çox şübhə altına düşür.

Bəs onda təyyarənin itməsinə səbəb nədir? Terror aktı, partlayış, yoxsa sıxılma?

Doğrudur, göyərtədə şübhəli sərnişinlərin olması Malayziyanın hökumət orqanlarını rəsmi olaraq mümkün terror aktı ilə bağlı cinayət işi açmağa sövq etmişdir. Lakin bu ehtimal cavabdan çox, sual doğurur.

Məlumdur ki, terroristlər adətən həyata keçirdikləri terror aktı barədə yaxın müddətdə bəyanat verirlər. Digər tərəfdən baş vermiş partlayış kosmosdan da müşahidə edilə bilərdi. Lakin ABŞ administrasiyasındakı nüfuzlu mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ABŞ kəşfiyyat peyklərinin apardığı çəkilişlər əsaslı şəkildə öyrənilmiş, lakin təyyarənin itdiyi ərazidə heç partlayış qeydə alınmamışdır. Əgər nəzərə alsaq ki, söhbət son zamanlar gərginliyin həddindən artıq artdığı Cənub-Çin dənizindən gedir, bu zaman həmin sahənin ABŞ peykləri tərəfindən nə dərəcədə diqqətdə saxlanıldığına şübhə qalmaz.

“Star” qəzetinə müsahibəsində MAS-ın adının çəkilməsini istəməyən təyyarəçilərindən biri bildirmişdir ki, təyyarənin yoxa çıxmasının səbəbləri arasında partlayışdan danışmaq tamamilə mümkündür. Bu, ya partlayış, ya ildırım zərbəsi, ya da sürətli sıxılma ola bilər. Lakin “Boeing 777” hətta ildırım vurmadan və kəskin sıxılmadan sonra da uçmaqda davam edə bilir. Amma partlayışdan sonra heç bir şans yoxdur.

Lakin heç kim belə bir partlayışı, baxmayaraq ki, o çox güclü olmalı idi, qeydə almamışdır. Digər tərəfdən, bu halda da suyun üzərində nələrsə qalmalı idi.

Mütəxəssislərin üzərində dayandığı ehtimallardan biri də təyyarənin batmasıdır. Lakin “Star” qəzeti bununla bağlı “Aviation Industry Corporation of China” şirkətindən olan təyyarə tikintisi mütəxəssisi Mey Dunmunun rəyini təqdim edir: “Əgər təyyarə həqiqətən okeana düşmüşdürsə, onda onu tapmamaq qeyri-mümkün olardı. İnsanların əksəriyyətində belə səhv fikir formalaşmışdır ki, qəzaya uğramış təyyarə suyun dibinə getməlidir. Lakin əslində təyyarənin silindrik korpusu, hətta iki-üç hissəyə bölünmüş olsa belə, bir müddət suyun üzərində üzməlidir. Digər tərəfdən, kreslolar, balınclar, plastik torbalar dalğaların üzərində üzən balaca adacıq əmələ gətirməlidirlər, amma biz hazırda bunların heç birini görmürük”.

Ən maraqlı ehtimal isə, təyyarənin qaçırılması və ya təyyarəçilərin özlərinə qəsd etməsi ilə əlaqədardır.

Malayziya Kral Mülki Aviasiyasının Departament rəisi Azharuddin Abdul Rahman bildirmişdir ki, təhqiqat qrupu bütün ehtimalları, o cümlədən qaçırılmanı da nəzərə alır. Belə olan halda, bəs qaçıranların tələbləri hanı? Təyyarə harada yerə endirilmişdir?

Təyyarəçinin özünə qəsd etməsi variantı da nəzərdən keçirilir. Lakin belə olan halda da bunu 100 faiz dəqiqliklə demək olmaz. Doğrudur, ABŞ-ın NTMB-dən olan təhqiqatçılarının qənaətinə görə, 1999-cu ildə Atlantik Okeanda “EgyptAir” şirkətinə məxsus təyyarə ilə məhz belə olmuş, qəza nəticəsində göyərtədəki 217 nəfərin hamısı həlak olmuşdu.

Lakin bu variantda da sual yaranır: bəs təyyarənin qırıntıları hanı?

“Safety Operating Systems”in başçısı, 22 il uçuş təcrübəsinə malik Con Koksun dediyi kimi: “Biz bilirik ki, təyyarə düşüb. Bundan başqa biz, demək olar ki, heç nə bilmirik. Yoxa çıxmanın səbəbi, yalnız təyyarə tapıldıqdan sonra aydın olacaqdır. Bunun yeganə səmərəli yolu isə, axtarışların davam etdirilməsidir”.

Beləliklə, suallar çox, cavablar isə yox həddindədir. Yalnız növbəti günün hansı xəbərlə başlayacağını gözləməkdən başqa çıxış yolu qalmır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala-Lumpur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb