Malayziya polisi “Al Jazeera” telekanalının nümayəndəliyində axtarış aparıb
Tokio, 4 avqust, AZƏRTAC
Malayziya polisinin əməkdaşları Rabitə və Multimedia Komissiyasının təmsilçiləri ilə birlikdə avqustun 4-də “Al Jazeera” telekanalının bu ölkədəki nümayəndəliyinin ofisində axtarış apararaq, buradakı avadanlığı və sənədləri müsadirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə “New Straits Times” qəzeti hüquq-mühafizə orqanlarının cinayət axtarışı idarəsinə istinadla məlumat yayıb.
Telekanalın əməkdaşlarının axtarışı günün birinci yarısında həyata keçirilib. Kuala-Lumpurun yaxınlığındakı ofisdə axtarış zamanı telekanalın bütün sənədləri götürülüb. Bundan əlavə, kompüterlər və digər elektron avadanlıq da müsadirə olunub.
Qeyd edək ki, Malayziya polisi iyulun əvvəllərindən başlayaraq, “Al Jazeera” telekanalının nümayəndəliyinin fəaliyyətini araşdırmağa başlayıb. Buna əsas kimi qeyri-leqal miqrantların həyatı, pandemiya dövründə qarşılaşdıqları çətinliklər və hökumətin buna reaksiyası barədə 25 dəqiqəlik filmin nümayişi göstərilir.
Malayziyanın Böyük və Müdafiə naziri İsmail Sabri Yakob “Al Jazeera”nı əsassız informasiya yaymaqda ittiham edərək və telekanalın üzr istəməsini tələb edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]