İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 20 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti 97.2374 AZN (9.5500 faiz) və 101.0231 AZN (7.4400 faiz) olan 11 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.3837 AZN (8.900 faiz), orta ölçülmüş qiyməti 99.8579 AZN (8.0783 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29 milyon 66 min 600 AZN, yerləşdirilmiş həcmi isə 20 milyon AZN təşkil edilib.
İstiqrazlar 2021-ci il aprelin 6-da ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]