Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mariya Dubovitskaya: Ailəm və teatr mənim dünyamın söykəndiyi iki əsas sütundur

Bakı, 25 iyun, Tatyana İvanayeva, AZƏRTAC

Məşhur aktyor Al Paçino deyib: “Teatr real həyata daha çox bənzəyir; öz nailiyyətinizi səhnəyə çıxarır və iki-üç saat ərzində nümayiş etdirirsiniz. Həm də bu, bir daha təkrarlanmayacaq”. Əfsanəvi aktyor bu sənəti yerdən yüz fut yuxarıda və heç bir sığorta olmadan kəndirin üstündə yeriməyə bənzədib. Öz tərəfimizdən qeyd edək ki, aktyor yalnız bu həyatın hansısa bir hissəsini yaşayaraq, böyük məyusluq hissləri keçirərək və “yaralar” alaraq beynəlxalq qurumları da daxil olmaqla, geniş ictimaiyyət tərəfindən tanınır.

Bu yaxınlarda “Debütlərini Birliyi” beynəlxalq mükafatına layiq görülən Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası Mariya Dubovitskaya AZƏRTAC-ın müxbiri ilə söhbətini öz yaradıcılığından deyil, daha çox mükafatların zəfər parıltısından kənarda qalan insanlardan başladı.

- Əvvəla, nail olduğum hər bir “zirvə” uşaqlıqdan mənə davamlı köməyini əsirgəməyən, dəstək olan anamın zəhmətidir. Rəhbərliyimizə və rejissorlarımıza mənə inandıqlarına, belə şanlı tarixə malik teatrda xidmət etmək və onun aktrisası kimi yüksək beynəlxalq səviyyədə tanınma imkanı yaratdıqlarına görə təşəkkürümü bildirirəm. Peşəkar ünvanıma diqqət yetirməsəydilər, çətin ki, “Debütlər Birliyi” mükafatına layiq görülə bilərdim. Burada sadalamaq imkanı məhdud olduğuna görə hamının adını çəkmək mənim üçün çətindir. Birlikdə çalışmaqdan məmnun olduğum sevimli və əziz tərəfdaşlarıma xoş sözlər demək istəyirəm. İnanıram ki, bizim teatrda ölkəmizin ən yaxşı aktyorları çalışır. Direktorumuz Ədalət Hacıyevə, teatrın baş rejissoru Aleksandr Şarovskiyə və yaradıcılıq işləri üzrə direktor müavini Valentina Reznikovaya xüsusi təşəkkür edirəm. Rəhbərliyimiz aktyor olmaq istəyənlərə daim dəstək olur və onlara özlərini sübut etmək imkanı verir. Teatr böyük oyun meydançasıdır, burada daim öyrənmək və hər zaman yeniliklərə hazır olmaq lazımdır...

-Beynəlxalq miqyasda yüksək səviyyədə tanınmaq sizin üçün nə deməkdir?

-Bu, ilk növbədə, məsuliyyətdir. İnsan nə qədər çox tanınırsa, onun çiyinlərinə düşən yük də bir o qədər ağır olur. İlk növbədə özünüzə təlqin etməlisiniz ki, əslində, buna layiqsiniz və populyarlıq daha yüksəklərə qalxmaq, qarşınıza daha yüksək hədəflər qoymaq və onlara doğru irəliləmək üçün bir tramplindir. Məncə, bizim peşəmizdə tavan yoxdur. Yəni, dayanıb sinəni döyəcləməyə və nə qədər parlaqsan deməyə başlayanda bütün yaradıcılığın dayanır. Həm də inkişafdan qalırsan. Ona görə də inanıram ki, hər bir nailiyyət, hər bir mükafat öz imkanlarınızı kəşf etmək yolunda yalnız müəyyən bir addımdır.

-Rus Dram Teatrına on altı ilə xidmət etmisiniz...Yeni fəaliyyətə başlayan Mariyanın bugünkü aparıcı aktrisaya çevrilməsinə, onun inkişafına aparan yol necə olub?

-Teatra gəldiyimdə məni dərhal xəbərdar etdilər ki, ilk beş-altı il ərzində yalnız rəqs edəcək və kütləvi səhnələrə çıxacaqsan. Mən bu təklifə tam hazır idim və onunla razılaşdım. Çünki ürəkdən inanıram ki, hər hansı böyük, mərkəzi və aparıcı rolları almazdan əvvəl, onları ifa etmək üçün özünü təkmilləşdirmək lazımdır. Bu, izdihamın içində qaçmaq, nağıllarda oynamaq deməkdir... Bütün bunlar təcrübədir. Yalnız bundan kifayət qədər istifadə etdikdən sonra daha böyük rollarda özünüzü sınaya biləcəyinizi başa düşürsünüz. Bu, baş qəhrəman rolunu dərhal almaq demək deyil. Yox! Hər şeyə ağılla və tədricən yanaşmaq lazımdır. Çünki bu, universitetlərdə təhsil aldıqdan sonra ilk addımlar mərhələsində artıq tanış gələn, aydın şəkildə müəyyən edilmiş funksionallığı olan ofis işinə yanaşma ilə müqayisə edilə bilməz. Bizim üçün peşəyə daxil olmaq tədricən baş verir: roldan rola, tamaşadan tamaşaya... Bu vacibdir! Çünki biz təkcə səhnədə deyil, həm də insan kimi “böyüyürük”. Ötən hər il müəyyən bir təcrübədir ki, sonradan ondan səhnədə istifadə etmək mümkün olur.

-Mövsümdən-mövsümə daxili aləminiz dəyişir, bu, tamaşalara təkrar baxdıqda daha çox məlum olur. Məsələn, bir tamaşaçı kimi, mən “Qürur və qərəz” tamaşasının premyerasını xatırlayıram...

-Həmin tamaşanın premyerasını mən də xatırlayıram. Mən səhnəyə çıxdım və bu, tamamilə dəhşətli qorxu idi, qorxunc baxışlar... Bu mənim ilk baş rolum idi və artıq bu gün həmin obrazı yaradarkən necə rahat olduğumu anlayıram. Səhnədə nə etdiyimi, ifamın məqsədini başa düşürəm. Həm də bu, yalnız təcrübə ilə gəlir. Həm aktyorluqla, həm də həyatda.

- Gəlin, lirik qadın qəhrəmanı ampluanızdan danışaq.

- Lirik qəhrəman obrazı mənə yaxındır. Uzun illərdir ki, mən onu səhnədə tamamilə fərqli tamaşalarda təcəssüm etdirirəm, istər Avropa, istərsə də rus klassikası olsun. Ancaq yaş irəlilədikcə, daha parlaq, emosional, ifadəli, impulsiv bir obraz yaratmaq istəyirsiniz. Bu istiqamət artıq mənim yaradıcılıq planlarımı daha çox əhatə edir.

- Məsələn, elə Elizabet Bennet obrazını götürək, sizcə, bir neçə mövsüm ərzində eyni obrazı oynamaq cansıxıcı olmur?

-Hər dəfə səhnəyə çıxdıqda, hətta bu qədər uzun müddətdən, on mövsümdən sonra ondan yorulmamaq üçün bu obrazda yeni bir cəhət tapmağa çalışıram. Bunu hətta plastikdə, ifaçılıqda, saç düzümündə ifadə etmək olar. Əlbəttə ki, mən rejissorun qoyduğu sərhədlərdən və tapşırıqlardan kənara çıxmıram, amma buna baxmayaraq, istər xarici, istərsə də daxili aləmi yeni, tutaq ki, daha parlaq çalarlarla təqdim etməyə çalışıram. Bəzən eyni reaksiyanı başqa cür oynamaq olar, saçlar bir az fərqli yığılır... Bu, oynadığım xarakter, o cümlədən özüm üçün də bir az yenilik hiss etməyə imkan verir.

-Artıq repertuardan çıxmış tamaşa üçün darıxdığınız hallar olubmu?

-Bəli, bəzi tamaşalar var ki, onlardan ötrü darıxıram. Məsələn, Kalderonun “Məhəbbətlə zarafat etmək olmaz” əsəri. Həmçinin İoneskunun “Mərasim” tamaşası, biz onu çox qısa müddətdə oynadıq. Etiraf edim ki, məncə, Kraliça Mariya rolunu tam mənasında yaşamamışam. Gizlətməyəcəyəm, hələ də arxada qalmış aktyor yaradıcılığı üzərində işləmək istəyim var. Özümü bu rolda sınamaq imkanı yaratdığı üçün rejissor Rəşad Ələkbərova minnətdaram. Çöldə çox isti idi, hamı tətilə getmişdi, iyulda etdiyimiz məşqlər çətin olsa da, komandamız gərgin işləyirdi. Mənim üçün bu ifanın və obrazın ayrıca yeri var.

-Həmin obraz sizi xatırladırdı?

- Kraliça Mariya mənə müəyyən qədər bənzəyirdi. Baxmayaraq ki, sakit insan olduğumu deyə bilmərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, istənilən aktyor və ya rejissor kifayət qədər narahat insandır. “Sakit göl” vəziyyətində olmaq, məncə, bizim peşəmizdən bir az fərqlidir...

- Bu günə kimi oynadığınız rollardan hansını baş rolunuz kimi xarakterizə edə bilərsiniz?

- Dəqiq demək çətindir... Mənim üçün xüsusi əhəmiyyət kəsb edən bir neçə əsər var. Bu, “Maskarad” tamaşasındakı Nina Arbeninadır, o, sevimli qəhrəmanlarımdan biridir, habelə mənə ruh, vəziyyət və əhvali-ruhiyyə baxımından da yaxındır. Elizabet haqqında isə çox bəhs etməyə ehtiyac yoxdur, onun adını çəkməyə bilmərəm, çünki fəal səhnə yaradıcılığım baş rolda, onunla başladı.

- Debütlər sənətçilərin yaddaşında həmişə parlaq xatirə kimi qalır...

- Şübhəsiz. Ciddi başlanğıc təxminən üç il əvvəl, Boris Lukinski mənə şahzadə Salomeni oynadığım “Yeddi pərdənin rəqsi” tamaşasında baş qadın obrazını verəndə oldu. Lyudmila Duxovnaya ilə eyni səhnədə idim. O, mənim ilk səhnə yoldaşım idi və sonra hər şeyin nə qədər ciddi olduğunu başa düşdüm. Həm də çox çətin olduğunu anladım. Belə möhtərəm aktrisanın, ölkəmizin teatr sənətinin korifeyinin hər dəfə səhnəyə çıxanda necə əsəbi olduğunu, obrazı ilə necə işlədiyini görəndə... Bu, məndə dərin iz buraxdı, peşəmizin mahiyyətini və ona necə xidmət etməli olduğumu başa düşdüm.

- Teatr və səhnə həyatda sizə kömək edirmi?

- Birmənalı olaraq, bəli. Mən səhnənin tam fanatikiyəm, o, məni qidalandırır, mənə şəfa da verə bilər. Baxmayaraq ki, teatr yaxşı mənada məndən enerjini “sormaq” qabiliyyətinə malik olsa da, mən bu enerjidən heç də az qidalanmıram. Bu, səhnədə tamaşaçıların qarşısına çıxmağımdan və ya məşq mərhələsində oynamağımdan asılı olmayaraq belədir. Mən teatrdan misilsiz “qida” alıram, onsuz təbiətən mövcudluğum çətindir. Etiraf edirəm ki, əgər uzun müddət yeni bir iş olmadan getsəm (mənim anlayışımda bu, iki aydır), o zaman səhnəyə çıxmağın nə qədər zəruri olduğunu dərk edərək, “aktyorluqdan soyuma” prosesini yaşamağa başlayıram. Bu, mənim üçün vacibdir. Çünki teatr həyatımın ayrılmaz hissəsidir. Mənim dünyamın dayandığı iki sütun var - ailəm və xidmət etdiyim teatr. Burada mən fanatikəm. Qarşıma seçim etmək məsələsini qoymayan, məni tam dəstəkləyən və mənimlə fəxr edən həyat yoldaşıma təşəkkür edirəm. Hesab edirəm ki, belə münasibət hər bir qadın üçün xüsusilə vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq