MART AYINDA GƏNCƏ RET ÜZRƏ ÖDƏNİŞ 100 FAİZƏ ÇATMIŞDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə, Xanlar, Samux, Daşkəsən və Goranboy paylayıcı elektrik şəbəkələrini əhatə edən “Gəncə Regional Enerji Təchizatı” (RET) üzrə istehlak edilmiş elektrik enerjisinin haqqının yığılması göstəricisi 100 faiz olmuşdur. Bu, keçən ilin müvafiq dövrünün göstəricisindən 60 faiz çoxdur.
2008-ci ilin mart ayında məişət abonentləri qrupu üzrə ödəniş keçən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artaraq 72 faizə çatmışdır.
Keçən ay bu müəssisənin əhatə etdiyi rayonlarda 69 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon kilovat-saat azdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]