MART AYINDA SUMQAYITDA ELEKTRİK ENERJİSİNƏ GÖRƏ ÖDƏNİŞ YIĞIMI 93 FAİZ OLMUŞDUR
Mart ayında Sumqayıtın güzəştlərə malik olmayan əhalisinin 93,12 faizi istifadə etdikləri elektrik enerjisinin haqqını ödəmişdir. AZƏRTAC-a bu məlumatı “Sumqayıtelektrikşəbəkə” MMC-nin idarə heyətinin sədr müavini Seymur Hacıyev vermişdir.
O qeyd etmişdir ki, şəhər sakinlərinin bu kateqoriyasına aid abonentlərin sayı 65.191 nəfərdir. Keçən ay onlar 16,2 min kilovat-saat elektrik enerjisindən istifadə etmişlər. İşlədilmiş enerjinin haqqının yığılma göstəricisi 904,6 min manata bərabərdir. Bütövlükdə Sumqayıt üzrə elektrik enerjisi haqqının ödəniş səviyyəsi isə nisbətən aşağı - cəmi 76,5 faiz olmuşdur. S.Hacıyev bu faktı bayram günləri ilə əlaqələndirir.