MARTDA 3223 PARTLAMAMIŞ HƏRBİ SURSAT ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) AZƏRTAC-a bildirmişlər ki, martda 1 milyon 797 min 359 min kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. Həmin ərazidə 3223 PHS aşkar edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlara 339 nəfər, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it cəlb edilmişdir.
İndiyədək 65 milyon 526 min 238 kvadratmetr ərazi təmizlənmiş, 301 min 691 mina və PHS tapılıb zərərsizləşdirilmişdir.
Agentlik təmizləmə əməliyyatlarını Tərtər, Ağdam, Füzuli, Goranboy və Ağstafa rayonlarında aparır.