İQTİSADİYYAT
MARTDA ÖLKƏ ENERJİ SİSTEMİNDƏ 1,8 MİLYARD KİLOVAT-SAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLMİŞDİR
Bakı, 10 aprel (AZƏRTAC). Cari ilin martında ölkə enerji sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir.
“Azərenerji” ASC-dən bildirmişlər ki, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 milyard kilovat-saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,4 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsalı düşür.
Ay ərzində qonşu Rusiya, İran, Türkiyə və Gürcüstan dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
İlin birinci rübündə enerji sistemində 5,3 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu həcmdən 4,4 milyard kilovat-saatdan artığı İES-lərin, 0,9 milyard kilovat-saatdan çoxu isə SES-lərin payına düşür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [19:49]
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin 5 əməkdaşı qazdan zəhərlənərək ölüb
- 03.06.2024 [18:22]
AQC sədri CAATS prezidenti seçilib
- 03.06.2024 [17:34]
® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib
- 03.06.2024 [16:52]
Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- 03.06.2024 [16:34]
® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır
- 03.06.2024 [16:25]