İQTİSADİYYAT
Martda OPEC+ sazişinə 145 faiz əməl edilib
Bakı, 20 aprel, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə (OPEC+) əldə edilən neft hasilatının azaldılmasına dair sazişə mart ayında 145 faiz əməl olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 20-də Ciddədə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xəlid Əl Falih deyib.
“OPEC və qeyri-OPEC ölkələri mart ayında neft hasilatının azaldılmasına dair sazişə 145 faiz əməl edib. Hazırda ən vacib məsələ neftin qiymətini müəyyən hədəfə çatdırmaq yox, bu sektora investisiyaları artırmaqdır. Mövcud əməkdaşlıqdan savayı OPEC və qeyri-OPEC əməkdaşlığı daha da gücləndirilməlidir. Bazarın etibarlığını bərpa etmək əsas vəzifələrdəndir”, – deyə səudiyyəli nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]