Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Martın 27-si Azərbaycanda Elm Günüdür

Martın 27-si Azərbaycanda Elm Günüdür

Bakı, 27 mart, AZƏRTAC

Martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər deyib: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.

Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri var. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərib, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr veriblər.

Respublikamızda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan elmində islahatların aparılması, mövcud problemlərin aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər bütövlükdə elmimizin inkişafına böyük təkan verib. Dövlət başçısının 2016-cı il 9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bu Qanun respublikada elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

2014-cü il noyabrın 10-11-də ölkəmizdə ilk dəfə olaraq AMEA-nın təşkilatçılığı ilə Bakı Elm Festivalı keçirilib. Tədbirdə institut və elmi təşkilatların, regional bölmələrin elmi nailiyyətlərini əks etdirən məruzələr dinlənilib, müxtəlif sərgi və elmi şoular nümayiş etdirilib. Birinci Elm Festivalında 15 mindən çox insan iştirak edib. Respublikanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan ikinci Elm Festivalının açılış mərasimi 2016-cı il oktyabrın 31-də AMEA-nın əsas binasında təşkil olunub. Sonra festival işini Naxçıvanda, Sumqayıtda, Şəkidə və Gəncədə davam etdirib.

Festivalların keçirilməsində əsas məqsəd elmimizin nailiyyətlərini, yeni innovasiyaları nümayiş etdirmək, informasiya-kommunikasiya texnologiyaları və digər innovativ üsullar əsasında elmin təbliğinə nail olmaq, cəmiyyətdə elmə marağı artırmaq, həmçinin elm-təhsil-istehsalat arasında əlaqələri gücləndirmək olub.

Son 10 ildə dövlət büdcəsindən elmə çəkilən xərclər 54,7 faiz, həmin dövrdə elmi-texniki işlərin dəyəri isə 53,2 faiz artıb. Onların 57 faizini fundamental tədqiqatlar, 6,8 faizini tətbiqi tədqiqatlar, 12 faizini layihə-konstruktor işləri, qalan hissəsini isə nümunələrin hazırlanması və digər işlər təşkil edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatda qeyd olunub ki, 2021-ci ilin dövlət büdcəsində elm xərcləri üzrə 183,3 milyon manat, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası və onun tabeliyində olan müəssisələrin saxlanılması üçün 116,7 milyon manat məbləğində vəsait ayrılıb. Ötən il elmi müəssisə və təşkilatlar tərəfindən 150 milyon manatlıq işlər yerinə yetirilib və onun da 97 faizini elmi-texniki işlər təşkil edib. Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərin 32,6 faizi təbiət elmləri, 19,5 faizi texnika elmləri, 24 faizi humanitar və ictimai elmlər, 23,9 faizi aqrar və tibb elmləri sahəsinə sərf edilib.

Hesabat ilində AMEA-nın elmi müəssisələrində 181 problemin 502 mövzusu üzrə 1765 elmi tədqiqat işi aparılıb, 32 iş tətbiq olunub. AMEA-nın elmi müəssisələrində 71 (20-si xarici alimlərlə) qrant üzrə işlər davam etdirilib, 70 (12-si xarici) patent alınıb. Akademiyanın alimləri tərəfindən 500-ə yaxın kitab çap olunub, 7 mindən çox məqalə və tezis, o cümlədən 2 minə yaxın məqalə və tezis xaricdə dərc edilib. Elmi işçilərin əsərlərinə 25 minə yaxın istinad olunub.

Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində həm dövlətimiz, həm də respublikanın müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamları tərəfindən mühüm tədbirlər həyata keçirilir. Alimlərə, xüsusən gənclərə dünyanın aparıcı ölkələrinin elmi müəssisələrində ixtisasartırma kursları keçmək və araşdırma aparmaq üçün imkanlar yaradılır, onların beynəlxalq elmi layihələrdə iştirakı təmin edilir. Eyni zamanda, ölkəmizdə elmi-texniki infrastrukturun modernləşdirilməsi, tədqiqat müəssisələrinin statusuna və vəzifələrinə uyğun olaraq onların maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm addımlar atılır. Həmçinin elm və təhsilin inteqrasiyasının təmin edilməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması sisteminin təkmilləşdirilməsi Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Belə ki, doktorantura, dissertantura və magistratura yolu ilə elmi kadr hazırlığı keyfiyyətcə yeni səviyyəyə qaldırılır.

Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni zamanda, müasir tələblərə uyğun həyata keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib

Almatıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar aparılıb

Qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmaları proqnozu üstələyib

Probasiya nəzarətində olan 33 nəfərə sosial-psixoloji yardım xidməti göstəriləcək

İlon Mask güclü geomaqnit qasırğasının “Starlink” peyklərinə təsirindən danışıb

Müdafiə naziri: Hərbi Hava Qüvvələrinin fəaliyyəti hər zaman yüksək qiymətləndirilib

Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib

Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

CAR-da keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin bərpasında tarixi rolundan və xalqımız qarşısında misilsiz xidmətlərindən danışılıb

Çinin Şansi əyalətinin nümayəndə heyəti AZƏRTAC-da olub VİDEO

Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb

Jan Perrən: Heydər Əliyev böyük şəxsiyyət, güclü siyasi xadim idi VİDEO

Ulu Öndərin ildönümünə həsr olunan minifutbol turniri başa çatıb

Tanınmış futbolçuların komandası 21 ildən sonra A Seriyasına yüksəlib

Azərbaycanın Orta Dəhlizin Qafqazdakı, Bolqarıstanın isə Avropadakı logistika mərkəzinə çevrilməsi artıq reallıqdır - ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

AHİK sədri: Şuşa sakinlərini öz evlərində görmək çox qürurvericidir

Almaniyada Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə gənclər konfransı keçirilib

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

“Sabah”ın baş məşqçisi: Yerli basketbolçularımızın diskvalifikasiyası bizə problem yaradacaq

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Muxtar Babayev İslamabadda Azərbaycan parkını ziyarət edib

Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Özbəkistan ali məktəblərində Ulu Öndərə həsr olunan mühazirələr oxunub

Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb

Bakıdakı Rus evində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konsert keçirilib

Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir

ABŞ Çin elektromobillərinə idxal rüsumunu dörd dəfə artırmağı planlaşdırır

Xaricdəki Azərbaycan evlərində həftəsonu məktəblərində təhsil alan uşaqların sayı açıqlanıb

Azərbaycan Diasporuna Dəstək Fondu Türkiyədə fəlakət zonasındakı sakinlərə yardımları davam etdirəcək