Masallıda oğurluqla məşğul olan keçmiş məhkumlar tutulublar
Bakı, 14 aprel, AZƏRTAC
Masallı rayonu ərazisindəki həyətyanı sahələrin birində quraşdırılmış elektrik transformatorunun 4000 manat dəyərində hissəsini sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar N.Hüseynov və E.Bağırov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətraflarında aparılmış tədbirlərlə onların Səmidxan kənd sakini, əvvəllər məhkum olunmuş N.Ağayev və şəhər sakini, əvvəllər məhkum olunmuş P.Hacıyevlə birgə bir istirahət mərkəzindən və bir avtomobil təmiri sexindən 3000 manat dəyərində transformator, 450 manat dəyərində su mühərriki, 350 metr elektrik naqili, 1 ədəd samovar və inşaat materialları oğurlamaları da müəyyən edilib.
N.Ağayev və P.Hacıyev də polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı P.Hacıyevdən heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]