Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb
Masallı, 9 noyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində ov üçün təyin edilməyən yerlərdə qanunsuz olaraq ov edən iki nəfər rayon sakini - İ.Fərəcullayev və A.Əkbərovu saxlayıblar.
Onlardan müvafiq sənədləri olmayan iki ədəd ov tüfəngi, ov zamanı istifadə olunan müxtəlif alətlər və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində iki nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Faktlar üzrə Masallı RPŞ-də müvafiq araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:58]
Tovuzda su kanalından kişi meyiti tapılıb
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]