Masallının təhsil müəssisələri dezinfeksiya olunur
Masallı, 30 yanvar, Bağır Əliyev, AZƏRTAC
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarının icrası ilə əlaqədar Masallı rayonunda ümumtəhsil məktəblərində dezinfeksiya işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 1-dən ümumtəhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası ilə əlaqədar Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Dezinfeksiya Stansiyası tərəfindən təhsil ocaqları, o cümlədən məktəbəqədər təhsil müəssisələri dezinfeksiya olunur.
Hazırda ümumtəhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.