Mavritaniya İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Vələd Əbdüləzizə
Hörmətli cənab Prezident,
Mavritaniyanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 noyabr 2013-cü il.