MAYDA BƏZİ BÖLGƏLƏRDƏ LEYSAN YAĞIŞLARI YAĞACAQ
Mayın əvvəlində havalar qeyri-sabit keçəcək, yağışların, dağlıq və dağətəyi rayonlarda leysan yağışlarının yağacağı gözlənilir. Orta aylıq temperatur iqlim normasından aşağı olacaqdır.
Ay ərzində havanın temperaturu normadan 1-2 dərəcə artıq, yağıntının səviyyəsi norma çərçivəsində, Böyük Qafqaz rayonunda normadan artıq olacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 18-19 dərəcə isti (gecə 12-15, gündüz 18-23 dərəcə isti, bəzi günlər 32 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (18-21 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 18-21 dərəcə isti (gecə 12-16, gündüz 19-24 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 33 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (33-62 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 9-13 dərəcə isti (gecə 4-9, gündüz 11-16 dərəcə isti, bəzi günlər 25 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (68-122 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 17-19 dərəcə isti (gecə 11-14, gündüz 18-22 dərəcə isti, bəzi günlər 30 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (43-68 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 15-18 dərəcə isti (gecə 9-13, gündüz 15-18 dərəcə isti, bəzi günlər 27 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (26-166 mm) olacaqdır.
Mərkəzi Aran rayonlarında orta aylıq temperatur 18-21 dərəcə isti (gecə 13-15, gündüz 20-24 dərəcə isti, bəzi günlər 33 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (26-62 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 17-19 dərəcə isti (gecə 12-14, gündüz 18-23 dərəcə isti, bəzi günlər 31 dərəcə isti), yağıntının səviyyəsi normaya yaxın (41-72 mm) olacaqdır.