Mayya Sandu Prezident vəzifələrinin icrasına başlayıb
Bakı, 24 dekabr, AZƏRTAC
Mayya Sandu Moldova Prezidenti postunda ikinci mandatı çərçivəsində vəzifəsinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Sandu parlamentin deputatlarının, Konstitusiya Məhkəməsinin üzvlərinin və xarici diplomatların iştirakı ilə keçirilən təntənəli mərasimdə Konstitusiyaya and içib.
Parlament ölkəsi olan Moldovada Prezidentin səlahiyyətləri məhduddur. Ölkəni beynəlxalq aləmdə təmsil edən dövlət başçısı, eyni zamanda, suverenliyin və müstəqilliyin təminatçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. O, həmçinin Baş nazirin namizədliyini irəli sürür, hakimləri təyin edir, parlamentin qəbul etdiyi qanunları təsdiqləyir. Lakin dövlət başçısı səlahiyyətlərinin böyük hissəsini hakimiyyətin digər qolları ilə əlaqələndirməlidir.
Qeyd edək ki, noyabrın 3-də Moldovada keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, hazırkı prezident Mayya Sandu 55,33 faiz səslə müxalifətin namizədi Aleksandr Stoyanoqloya qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]