MƏCBURİ KÖÇKÜN MÜƏLLİM ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ EDİR
Rəhbər Qaraşov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, mən bu mükafatı həmdə Ağdam təhsil işçilərinin əməyinə verilən qiymət hesab edirəm. Bütün Azərbaycan xalqı kimi, məcburi köçkünlər də Prezident İlham Əliyevi yüksək düşüncəli, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, maarif və mədəniyyətimizin inkişafına qayğı göstərən dövlət xadimi kimi qiymətləndiririk. Son bir ildə onun təhsil işçilərinin güzəranının yaxşılaşdırılmasına dair imzaladığı fərman və sərəncamlar bu qayğının parlaq təzahürüdür. Qəbul imtahanları zamanı yüksək bal toplayan köçkün tələbələr Prezident təqaüdünə layiq görülmüşlər. Biz qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.