MƏCBURİ KÖÇKÜNLƏRİN BAKIDA VƏ SUMQAYITDA MƏSKUNLAŞDIQLARI YATAQXANALAR TƏMİR OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat vermişdir.
O demişdir ki, Azərbaycan dövləti məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində müntəzəm tədbirlər görür. Fin qəsəbələrində 25 min, məktəblərdə 11 minə yaxın, hərbi şəhərciklərdə 6-7 min məcburi köçkün yaşayır. Müvafiq Dövlət Proqramına əlavələrdə onların yeni salınmış qəsəbələrə köçürülməsi nəzərdə tutulmuşdur.
Dövlətqaçqınkomun sədrinin dediyinə görə, köçürülməyə bu il başlanılacaqdır.
Bundan başqa, məcburi köçkünlərin Bakıda və Sumqayıtda məskunlaşdıqları yataqxanalar da təmir olunacaqdır. Təmirə ehtiyacı olan yataqxanaların sayı təxminən 130-dur. Onların 60-70 faizi təmir ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]