MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi iyul ayında bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziya vermişdir
Bakı, 16 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ı və digər normativ-hüquqi aktları əsas götürərək cari ilin iyul ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) vermişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, ötən ay mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair lisenziyalar alan hüquqi və fiziki şəxslər arasında "Zaqatala-Məişət-Tikinti" Qapalı Səhmdar Cəmiyyəti, "Dağlar Qoynunda" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "Zeynal-99" MMC, "Final Tur" MMC, "Mirvari" MMC, fiziki şəxs Mustafayev Mustafa Fərhad oğlu (Şəki rayonu, Baş Küngüt kəndi), "Viləş Palace" MMC, "Ata Turizm" MMC, fiziki şəxs Mahmudov Maarif Mahmud oğlu (Bakı şəhəri), "Abşeron Daşınma və Anbarlaşma" MMC, fiziki şəxs İbrahimov Rüfət Cavanşir oğlu (Ağstafa şəhəri), "Asiman" MMC, fiziki şəxslər Allahyarov Elman Ağa oğlu (Quba şəhəri) və Nəsibov Zahid Yusif oğlu (Bakı şəhəri) vardır.