Media: İsrailin müdafiə naziri istefaya göndərilə bilər
Bakı, 16 sentyabr, AZƏRTAC
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı istefaya göndərməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası baş nazirin dəftərxanasına istinadla məlumat yayıb. “Binyamin Netanyahu yaxın vaxtlarda müdafiə naziri Yoav Qalantı işdən azad etməyə hazırlaşır”, - deyə radiostansiya bildirib.
Medianın bununla bağlı yaydığı məlumatlara reaksiya Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirdən gəlib. Qvir deyib ki, Qalantı vəzifədən kənarlaşdırmağı Netanyahudan o xahiş edib. Çünki hazırkı müdafiə naziri Livandan mütəmadi atəşə məruz qalan İsrailin şimalında təhlükəsizliklə bağlı vəziyyəti dəyişməyi bacarmır.
Baş nazirin dəftərxanası müdafiə nazirinin istefaya göndərilməsi planlarını şərh etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]