MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb




Bakı, 21 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Əhməd İsmayılov sözügedən proqramın könüllülərə təqdim etdiyi imkanlar, Agentlik tərəfindən media sahəsinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb. O, belə layihələrin jurnalistika ixtisasında təhsil alan və bu sahəyə marağı olan şəxslərin praktiki və nəzəri biliklərinin artırılması üçün önəmli olduğunu, həmçinin media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarının tətbiqinin stimullaşdırılmasına, peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini bildirib.
Sonda Ə.İsmayılov gənclərin inkişafı istiqamətində görülən tədbirlərin, onlar arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.
Üç ay davam edəcək “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında müzakirələr aparılıb, könüllülərin fikirləri dinlənilib, təklifləri nəzərə alınıb və proqramın məqsədlərinə uyğun istiqamətlər müəyyən olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [20:54]
Şəmkirdə "Cəsur Vətən oğlu" kitabının təqdimatı keçirilib
- 15.05.2025 [19:46]
Azərbaycan BMT-nin Cenevrə Kitabxanasına nəşrlər hədiyyə edib
- 15.05.2025 [19:38]
Odessa şəhərində “Azərbaycan” parkı salınacaq FOTO
- 15.05.2025 [19:24]
Uzun müddət axtarışda olan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
- 15.05.2025 [19:09]
Azərbaycan Türküstanda Yasəvi irsinə həsr edilmiş forumda təmsil olunur
- 15.05.2025 [18:46]