Məhəmmədrəsul Məcidov: Məni İslamiadada yalnız qızıl medal qane edəcək
Bakı, 18 may, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycan yığmasının boksçusu Məmmədrəsul Məcidov AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında iştirak etdiyi yarımfinalın təəssüratlarını bölüşüb və final haqqında planlarını danışıb.
“Etiraf edim ki, iordaniyalı rəqibim Hüsseyn İaşaiş məni bir qədər təəccübləndirdi. O, çox çevik idi. Odur ki, qələbə üçün maksimum səy göstərdim. Lakin ikinci raundda mübarizə artıq mənim təsirim altında keçdi və hər şey öz yoluna qoyuldu. İndi bütün fikirlərim finala yönəlib. Mən rəqibimin - suriyalı Manaf Əsədin həlledici döyüşünü müşahidə etdim. Məni yalnız qızıl medal qane edəcək, hər hansı digər nəticəni nəzərdə tutmuram”, - deyə M.Məcidov vurğulayıb.
Vətəndə keçirilən yarışda çıxış etməyin çox xoş olduğunu diqqətə çatdıran azərbaycanlı boksçu deyib: “Elə idmançılar ver ki, onlar öz ölkəsində müəyyən psixoloji gərginlik keçirirlər. Mən isə əksinə - sərbəst oluram, məni dəstəkləyən yerdə çıxış etmək çox xoşdur”.
Boksçu, həmçinin qeyd edib ki, finalda rəqibinə sürpriz edə bilər və döyüş taktikasını dəyişə bilər. “Hər rəqib üçün ayrıca taktikam var. Bir rəqibə qarşı bir döyüş tərzi, digərinə qarşı isə başqa yol seçirəm. Odur ki, finalda da rəqibimi təəccübləndirməyə çalışacağam”, - deyə M.Məcidov fikrini yekunlaşdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [10:53]
“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi
- 29.10.2026 [10:26]
“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək
- 29.10.2026 [10:09]
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq
- 29.10.2026 [09:59]
Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır
- 29.10.2026 [01:57]
Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib
- 29.10.2026 [00:07]
Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu
- 28.10.2026 [21:11]
Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
- 28.10.2026 [20:56]
"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
- 28.10.2026 [23:27]
Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib
- 28.10.2026 [21:51]
BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb
- 28.10.2026 [21:38]
Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
- 28.10.2026 [21:19]
Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub
- 28.10.2026 [21:11]
"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib
- 28.10.2026 [20:56]
Bu saata olan əsas xəbərlər
- 28.10.2026 [20:00]
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
- 28.10.2026 [19:54]
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
- 28.10.2026 [19:40]
Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb
- 28.10.2026 [19:23]
İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib
- 28.10.2026 [19:01]
"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır
- 28.10.2026 [19:00]
Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH
- 28.10.2026 [18:58]
Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
- 28.10.2026 [18:50]
“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək
- 28.10.2026 [18:47]
Süd vəzi xərçəngi: elmdən həyata - BDU-da maarifləndirici tədbir
- 28.10.2026 [18:43]
Şri-Lanka təmsilçisi: Bakı Forumu dialoq üçün mühüm platformadır
- 28.10.2026 [18:32]