Məktəbdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini yaxalanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Nizami rayonunda məktəbdən oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 25-də rayon ərazisindəki orta məktəblərin birindən 3310 manat dəyərində 3 proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.İdrisov rayon polis idarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla əlaqədar təhqiqat aparılır.