MƏLEYKƏ ƏSƏDOVANIN CIXIŞI:
Sonra o, dövlətimizin başçısına həsr olunmuş şeri söylədi:
SAĞ OL, İGİD RƏHBƏRİM
Allah adı daşıyan cəsur, igid Heydərim,
Sən uca zirvələri qartal kimi ötmüsən,
Sıldırım qayalarda çiçək olub bitmisən,
Vətəndən ilham alıb, torpaqdan ilham alıb, Elə İlham kimi də bir oğul böyütmüsən.
Yaşa, məğrur sərkərdəm, yaşa rəhbərim, yaşa,
Sən yenilməz oğlusan bu elin, bu ulusun,
Yurdumun pənahısan, kor olsun düşmənlərin,
Allah səni qorusun, səni Allah qorusun.
Dünya təbrik edir səni fərəhlə,
Sevinir yaxının, uzağın sənin,
Elin alqışlayır odlu ürəklə,
Dolub gül-çiçəklə qucağın sənin.
Heydər çırağının pərvanəsiyik,
Bu günə ümidsən, sabaha yolsan,
Elə bir qanunun biz təşnəsiyik,
Ömürlük bu xalqa rəhbər olasan,
Sən mənim yurdumun qızıl tacısan,
Əziz millətimin ehtiyacısan,
Ağır yaramızın sən əlacısan.
Sağalsın əlinlə vətən dünyada,
Tanrım səni bizə Sultan veribdir,
Dərdimiz var deyə, dərman veribdir,
Məni də Sultana qurban veribdir,
İstərəm bu əhdə çatam dünyada.
Yaradan könlümə gör nələr salıb, Əllərim göylərə uzalı qalıb, İstərəm Allahdan bir ömür alıb, Sənin ömrünə qatam dünyada,
Ömürlük bu xalqa rəhbər dünyada.