CƏMİYYƏT
Mənzil mülkiyyətçilərinin daha bir müştərək cəmiyyəti yaradılıb
Bakı, 1 avqust (AZƏRTAC). Bakı şəhərinin Binəqədi rayonu, Naxçıvani küçəsi, 4b ünvanında yerləşən 9 mərtəbəli, 80 mənzilli binada mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) yaradılıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müştərək cəmiyyət “Binəqədi-3” adı ilə dövlət qeydiyyatından keçib. Bununla da, qeydiyyata alınan MMMC-lərin sayı 5-ə çatıb. Hazırda Bakı şəhərinin bir neçə rayonu üzrə 20-dən artıq çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirilir.
Məlumatda, həmçinin qeyd edilir ki, nazirlik tərəfindən yerlərdə icra hakimiyyəti orqanlarının və bələdiyyələrin iştirakı ilə yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumatlar verilir, sahəyə dair qanunvericilik aktlarını və digər sənədləri özündə əks etdirən kitabçalar paylanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]