İDMAN
Mərakeşin kişi voleybolçuları Səudiyyə Ərəbistanı yığmasına qalib gəliblər
Bakı, 18 may, P.Rəhimova, G.Mahmudlu, A.İsmayılova AZƏRTAC
Kişi voleybolçular arasında “B” qrupunun növbəti matçında Səudiyyə Ərəbistanı və Mərakeş yığmaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Mərakeş milli komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mərakeş kollektivi matçın ilk iki setində rəqibindən üstün olub - 25:17 və 25:20. Üçüncü setdə Səudiyyə Ərəbistanı komandası gərgin mübarizədən qalib ayrılıb - 25:23. Lakin Mərakeş voleybolçuları dördüncü setdə rəqibin müqavimətini qıraraq 25:21 hesabı ilə qələbə qazanıblar.
Günün digər oyunlarında isə qadınların yarışında Azərbaycan və Türkiyə milliləri qızıl, Tacikistan və Qırğızıstan yığmaları isə bürünc medallar uğrunda yarışacaqlar.