Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini açıqlayıb

Mərkəzi Bank faiz dəhlizinin parametrlərini açıqlayıb

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 29-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilib. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə Azərbaycanda inflyasiya tempinin yüksəlməsi müşahidə edilib. Rəsmi statistikaya görə, sentyabrda aylıq inflyasiya 1,8 faiz, 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib. Orta illik inflyasiya isə yanvar-sentyabr aylarında 5,2 faiz olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 3,3 faiz təşkil edib. İnflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur. Dünya birjalarında qiymətlər sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 27,5 faiz artıb. Enerji daşıyıcılarının sürətlə bahalaşması enerji idxal edən ölkələrdə, o cümlədən Azərbaycanın ticarət tərəfdaşı olan enerji idxalçılarında inflyasiya proseslərinin sürətlənməsinin əsas səbəblərindən biridir.

Mərkəzi Bankın sədri bildirib ki, dünya ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ərzaq inflyasiyasına ciddi təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq məhsulları son ildə 32,8 faiz, o cümlədən cari ilin sentyabr ayında 1,2 faiz yüksəlib. Daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin sentyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın yüksəlib. Quru yüklərin daşınma xərcləri indeksi olan “Baltik Dry Index” 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Azərbaycanın ticarət tərəfdaşı olan əksər ölkələrdə inflyasiyanın qəbul edilmiş hədəflərdən kənarlaşması müşahidə edilir. Belə ki, sentyabrda illik inflyasiya hədəflə müqayisədə Azərbaycanın əsas ticarət tərəfdaşları olan iqtisadiyyatlarda - ABŞ-da 2,7 dəfə, Avrozonada 1,7 dəfə, Rusiyada 1,9 dəfə, Qazaxıstanda 1,5 dəfə, Belarusda 2 dəfə, Ukraynada 2,2 dəfə, Gürcüstanda 4,1 dəfə, Türkiyədə isə 3,9 dəfə yüksək olub. İqtisadiyyatda inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədə bütün alt qruplar üzrə baş verir. Sentyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ay ilə müqayisədə 2,6 faiz yüksəlib, illik ərzaq inflyasiyası 10,4 faiz təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-sentyabr aylarında 6 faiz olub. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər sentyabrda ötən ay ilə müqayisədə 0,8 faiz, son 1 ildə 5,9 faiz yüksəlib. Yanvar-sentyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,4 faiz olub. Xidmətlər sentyabrda 1,5 faiz, son 1 ildə 7,9 faiz bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-sentyabr aylarında 4,6 faiz təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin dinamikası əhəmiyyətli təsir göstərib. Qiymətlər hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri üzrə 34 faiz, icarə haqları üzrə 8,2 faiz, tibbi xidmətlər üzrə 7,4 faiz və ictimai iaşə xidmətləri üzrə 7 faiz yüksəlib.

“Bütövlükdə, qiymətləndirmələrə görə inflyasiyanın 4/5-ü qeyri-monetar amillər və bunun da təqribən 2/5-i daxili xərc amilləri - dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Sentyabrda aparılan sorğulara görə, ev təsərrüfatlarının 80 faizi inflyasiya gözləyir, o cümlədən 24,5 faizi inflyasiya tempinin daha da yüksələcəyini düşünür. İnflyasiya gözləntiləri sentyabrda xidmət istisna edilməklə monitorinq olunan bütün sektorlarda pozitiv zonada qalıb. Yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6,2-6,5 faiz, illik inflyasiya isə 9,5-10,5 faiz səviyyəsində gözlənilir. 2022-ci ildə isə fundamental amillərin dəyişməz qalması şərtilə illik inflyasiya 5-6 faiz səviyyəsində proqnozlaşdırılır”, - deyə E.Rüstəmov diqqətə çatdırıb.

Xarici sektor

Vurğulanıb ki, xarici fon tədiyə balansı və iqtisadi artım baxımından əlverişli olaraq qalır. Beynəlxalq Valyuta Fondunun oktyabr ayında yenilənmiş proqnozuna görə 2021-ci ildə qlobal iqtisadiyyatın 5,9 faiz artacağı gözlənilir. Qlobal iqtisadiyyatın, o cümlədən ticarət tərəfdaşlarında iqtisadi artımın yüksəlməsi xarici tələb vasitəsilə ölkədə iqtisadi artımın bərpasına müsbət təsir göstərir. Qlobal tələbin sürətli bərpası şəraitində Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 69 ABŞ dollarını, oktyabrda isə 83 ABŞ dollarını üstələyib. Beynəlxalq Valyuta Fondu son hesabatında cari ilə neftin qiymətinin proqnozunu 1 ABŞ dolları yüksəldərək 66 ABŞ dollarına çatdırıb. İxrac məhsullarının bahalaşması və tərəfdaş ölkələrdə iqtisadi aktivliyin yüksəlməsilə qeyri-neft ixracının genişlənməsi ölkənin tədiyə balansını və valyuta bazarı ilə bağlı gözləntiləri yaxşılaşdırır. 9 ayda xarici ticarət profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Bu dövrdə strateji valyuta ehtiyatları 3,4 faiz (1,7 milyard ABŞ dolları) artaraq 52,5 milyard ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,4 faiz artaraq 7 milyard ABŞ dollarını üstələyib. Xarici sektor göstəricilərinin və gözləntilərin yaxşılaşması manatın məzənnəsinin sabitliyini dəstəkləyib, cari ilin ötən dövründə Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 84 faizində təklif tələbi üstələmişdir.

İqtisadi fəallıq

İqtisadi aktivlik davamlı olaraq artdığını deyən sədr qeyd edib ki, daxili və xarici tələbin genişlənməsinə adekvat olaraq 2021-ci ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 4,8 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 6,2 faiz artıb. Qeyri-neft-qaz sənayesində 19,7 faiz, kənd təsərrüfatında 5,1 faizlik iqtisadi artım baş verib. Epidemioloji vəziyyət xidmət sektorunun daha yüksək templə artımına mane olur. Ümumilikdə iqtisadiyyatda məşğulluq səviyyəsi artmaqdadır. Karantin şərtlərinin nisbətən yumşaldılması, əhalinin nominal gəlirlərinin sabit artımı və istehlak kreditləri üzrə fəallaşma istehlak tələbini dəstəkləyir. 9 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2,8 faiz, ödənişli xidmətlərin istehlakı 4,6 faiz artıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə sentyabrda biznes inam indeksi əvvəlki aya nəzərən qeyri-neft sənayesi, xidmət və tikinti sektorlarında yüksəlib. Bütün sektorlar üzrə biznes inam indeksi pozitiv zonada qərarlaşıb, tikintidə icraya qəbul edilmiş sifarişlər artıb.

Monetar şərait

Elman Rüstəmov deyib: “Mərkəzi Bankın pul siyasəti monetar şəraitin sərtləşməsi vasitəsilə inflyasiyanın məhdudlaşdırılmasına və onun hədəf diapazonuna qaytarılmasına yönəlib. Pul bazasının ilin əvvəlinə nəzərən artım tempi cəmi 9 faiz təşkil edib. İlin əvvəlindən dövlət büdcəsinin profisitli icrası pul kütləsini məhdudlaşdırmaqla antiinflyasiya xarakteri daşıyıb. İqtisadi aktivliyin yüksəlməsi fonunda bank sistemi üzrə kredit portfeli sentyabrda 2,2 faiz, ümumilikdə 9 ayda isə 9,8 faiz artıb. Manatla depozitlərin 21 faiz artımı kredit qoyuluşlarının artım tempini üstələyir. Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin olması banklararası pul bazarında faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin aşağı səviyyədə formalaşmasını şərtləndirir. Ötən toplantıdan keçən müddətdə kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməyib. İnflyasiyanın artması fonunda real faizlər azalmaqda davam edir. Pul bazasının izafi genişlənəcəyi halda Mərkəzi Bank ilin sonuna doğru özünün sterilizasiya əməliyyatlarını aktivləşdirməyi nəzərdə tutur”.

Risklər balansı

İnflyasiyanın risk balansında artırıcı, başlıca olaraq xarici və qeyri-ənənəvi amillərin rolunun artmasının müşahidə olunduğunu deyən Mərkəzi Bankın sədri bildirib ki, bu amillərə əsasən dünya əmtəə bazarlarında, xüsusi ilə ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, beynəlxalq təklif və logistika zəncirində mövcud olan problemlər aiddir. Daxili amillərə isə başlıca olaraq qiymət və tariflərin liberallaşmasından irəli gələn qalıcılıq effektinin hələ də tam aradan qalxmaması aiddir. Bu proseslərin digər qiymət qruplarına - istehsalçı qiymətlərinə, aktivlərin dəyərinə zəncirvari təsiri və onların geriyə təsiri, inflyasiya gözləntilərinin yüksəlməsi risk balansında artırıcı amillərin rolunu gücləndirir. Risk balansında inflyasiyanı neytrallaşdıran amil mövcud makroiqtisadi sabitlik platformasıdır. Əlverişli tədiyə balansı, yüksələn neft qiymətləri proqnozu, milli valyutanın məzənnəsinin dayanıqlığı və onun antiinflyasiyon rolu, həyata keçirilən konservativ monetar siyasət bu platformanın başlıca elementləridir. Makroiqtisadi sabitliyə, o cümlədən inflyasiyanın ortamüddətli səviyyəsinə fiskal siyasətin artıq elan edilmiş əsas istiqamətləri müsbət təsir edəcək. 2022-ci ildən başlayaraq büdcə qaydalarına qayıdış və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı monetar-fiskal çərçivəni möhkəmləndirəcək. Risk balansında dəyişikliklər baş verdiyi təqdirdə Mərkəzi Bank uçot dərəcəsinin növbəti toplantılarda da qaldırılacağını istisna etmir. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar oktyabrın 29-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar