Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb YENİLƏNİB

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb YENİLƏNİB

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, bu qərar ortamüddətli dövr üzrə inflyasiya və antiinflyasiya amillərinin tarazlaşması nəzərə alınaraq qəbul edilib. Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilə mövcud qeyri-müəyyənliklərin və uçot dərəcəsində dəyişmə potensialının qiymətləndirilməsi ilə bağlıdır.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi və inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili və xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Diqqətə çatdırılıb ki, rəsmi statistikaya görə, dekabrda 12 aylıq inflyasiya 2,6 faiz təşkil edib ki, bu da 2020-ci ilə proqnozlaşdırılan səviyyədən aşağıdır. İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimində fərqli dinamika müşahidə olunur. İstehlak səbətinin ərzaq komponenti qiymət artımının formalaşmasında həlledici paya malik olmaqda davam edir. Ərzaq inflyasiyası son 12 ayda 4,6 faiz təşkil edib. Dünya ərzaq qiymətlərinin artması da ərzaq qiymətlərinə təsir edib. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin 12 aylıq artımı 1 faiz ətrafında olub. İnflyasiya gözləntiləri stabil olaraq qalır. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə, yanvarda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət, tikinti və xidmət sektorlarında sabit səviyyədə qalıb. Sənaye sektorunda isə qiymət artımı gözləntisi qeydə alınıb.

Mərkəzi Bankın sədri deyib ki, yanvarda yenilənmiş proqnozlara görə inflyasiyanın 2021-ci ilin sonuna 4 faiz ətrafında formalaşacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru təshih edilməsi stimullaşdırıcı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri və birdəfəlik amillər nəzərə alınmaqla həyata keçirilib.

Xarici sektor

Bildirilib ki, xarici balansın yaxşılaşması makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnəni dəstəkləyir və inflyasiya gözləntilərinə sabitləşdirici təsir göstərir. COVID-19-a qarşı peyvəndləmə prosesinin başlanması qlobal iqtisadi bərpa ilə bağlı nikbinliyi artırmaqdadır. Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı proqnozlara görə, qlobal iqtisadi artımın 2021-ci ildə 5,5 faiz olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza nəzərən 0,3 faiz bəndi yüksəkdir. Lakin ümumilikdə, pandemiyanın qeyri-bərabər sektoral təsirləri, bəzi ölkələrdə vaksinə məhdud çıxış, siyasi gərginliklərin mövcudluğu şəraitində qlobal iqtisadiyyat və qlobal bazarlardakı sabitliklə bağlı qeyri-müəyyənliklər qalır. Qiymətləndirmələrə görə, hələ 2022-ci ildə dünyanın bir sıra iqtisadiyyatlarında adambaşına gəlirin pandemiyadan əvvəlki səviyyəyə tam çatmayacağı gözlənilir.

Qlobal iqtisadi artım perspektivlərinə dair optimizm dünya neft bazarına müsbət təsir göstərməkdədir. Ötən toplantıdan bəri neftin qiyməti artıma meyilli olub. “Brent” markalı neftin orta qiyməti 2020-ci ildə 43 ABŞ dolları olduğu halda, bu rəqəm cari ilin yanvar ayının ötən dövründə 55 dollara yüksəlib.

Profisitli ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci ilin yanvar ayında 0,3 faiz artaraq 51,4 milyard ABŞ dollarına çatıb.

E.Rüstəmov qeyd edib ki, bütövlükdə, xarici sektor göstəricilərinin yaxşılaşması, qəbul olunmuş makroiqtisadi çərçivə və ümumi daxili məhsulu üstələyən valyuta ehtiyatları makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnənin dayanıqlığının əsas şərtidir.

İqtisadi aktivlik

Mərkəzi Bankın sədri vurğulayıb ki, 2021-ci ildən başlayaraq məcmu tələbin artımı, o cümlədən istehlak və investisiya optimizminin güclənməsi inflyasiya proseslərinə təsir göstərmək potensialına malikdir. Sinxronlaşdırılmış antiböhran tədbirlərinin təsiri ilə qeyri-neft sektoru üzrə azalma tempi bir çox tərəfdaş ölkələrlə müqayisədə aşağıdır. Real sektorun monitorinqinin nəticələrinə görə, yanvar ayında biznes inamı indeksi ötən aya nəzərən tikintidə artım meyilli olub, qeyri-neft sənayesi, ticarət və xidmət sektorunda isə sabit olaraq qalıb.

2021-ci ildə iqtisadi artımın tədricən bərpa olunacağı gözlənilir. Buna, ilk növbədə, stimullaşdırıcı fiskal siyasət, yumşaq monetar şəraitin qalması, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri və təxirə salınmış tələbin reallaşması dəstək verəcək. Xarici tələbin artması və vaksinləşmənin təsiri ilə epidemioloji vəziyyətin yaxşılaşacağı gözləntiləri də artım perspektivlərinə dair nikbinlik yaradır.

Monetar şərait

“Monetar şəraitin yumşaq olaraq qalacağı gözlənilir. Ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentlərində qısamüddətli alətlər üzrə faizlərin azalması bir tərəfdən Mərkəzi Bankın yumşaq pul siyasəti, digər tərəfdən isə bank sistemində likvidliyin artması ilə izah edilir. Makroiqtisadi sabitlik hədəfləri çərçivəsində dövriyyədəki likvidliyin daha effektiv idarə edilməsi məqsədilə 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın sterilizasiya alətlərinin çeşidi artırılıb. Belə ki, 28 günlük notlarla yanaşı, 84 günlük, 168 günlük və 252 günlük notların yerləşdirilməsi üzrə hərracların keçirilməsinə başlanması barədə qərar qəbul edilib”, - deyə E.Rüstəmov vurğulayıb.

Qeyd edilib ki, pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. Son illərdə olduğu kimi, 2021-ci ildə də fiskal kanalların pul bazasına artırıcı təsir göstərəcəyi gözlənilir. Pandemiyadan zərərçəkmiş biznes və ev təsərrüfatlarına, o cümlədən bank sisteminə dəstək məqsədilə makroprudensial güzəştlərin 2021-ci ilin aprel ayına qədər uzadılması da monetar şəraitə, xüsusilə də kredit aktivliyinə əlavə yumşaldıcı təsir göstərir.

Risklər balansı

Mərkəzi Bankın sədri deyib: “İnflyasiyaya artırıcı təsir edən amillərin rolu ötən toplantıdan bəri artsa da, risklər balansı tarazlıdır və inflyasiyanın hədəf intervalında qalacağını deməyə imkan verir. Ortamüddətli proqnoz horizontunda inflyasiyaya azaldıcı və artırıcı təsir göstərən amillər bir-birini balanslaşdırır. Artırıcı təsirlərə, ilk növbədə, ilin ikinci yarısından başlayaraq iqtisadi aktivliyin yüksəlməsi gözləntiləri aiddir. Həyata keçirilən stimullaşdırıcı fiskal siyasət və yumşaq monetar şəraitin mövcudluğu, təxirə salınmış tələbin reallaşması iqtisadi aktivliyin bərpasını dəstəkləyir. Ortamüddətli proqnoz horizontunda bəzi daxili və xarici xərc amillərinin də qiymətlərə təsirləri istisna olunmur. Eyni zamanda, qlobal əmtəə və maliyyə bazarlarında kövrəkliklər inflyasiya gözləntilərinə təsir potensialını saxlayır. Sabitləşdirici amillərə, ilk növbədə, qəbul edilmiş makroiqtisadi çərçivə aiddir. Cari il üzrə dövlət büdcəsində nəzərdə tutulan neft transfertləri və strateji valyuta ehtiyatları bu çərçivəni dəstəkləyir. Son zamanlar neftin qiymətinin yüksəlmə meyili ilə xarici sektor göstəricilərinin yaxşılaşmasının məzənnə ilə bağlı gözləntilərə müsbət təsir edəcəyi ehtimal olunur. Pandemiya dövründə yaranmış qənaətli istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə inflyasiyaya azaldıcı təsir edə bilər”.

Faiz dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın dinamikası və proqnozunun hədəfə uyğunluğu, fiskal və monetar siyasətlərin təsirləri, istehlak tələbinin bərpa səviyyəsi nəzərə alınmaqla veriləcək.

Bu qərar yanvarın 29-dan qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 19-da ictimaiyyətə açıqlanacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib