CƏMİYYƏT
Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi əsaslı təmir olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17029085361944518255_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085366051133209_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702908536219244456_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/170290853791220150_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085373624341732_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085375188318190_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085375532116981_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085375987665205_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085371423040303_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029085374862120416_1200x630.jpeg)
Bakı, 18 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin əsaslı təmir-bərpa işlərindən sonra açılış tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.
Qeyd edilib ki, Mərkəzi Neftçilər Xəstəxanasında əsaslı təmir-bərpa işləri aparılan Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi 1985-ci ildən fəaliyyətə başlayıb.
Şöbə tamamilə yeni və ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub.
Şöbə izolə olunmuş 8 otaq - 24 çarpayıdan ibarətdir.
Hər bir otağın ayrıca hepafiltr və havalandırma sistemi mövcuddur. Bu da xəstələr arasında infeksiyaların yayılmasını məhdudlaşdırır.