Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mətbuat Şurasının sədri: Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq

Mətbuat Şurasının sədri: Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan mətbuatı 151 illik şərəfli və zəngin inkişaf yolu keçərək, cəmiyyətin maariflənməsində, milli şüurun formalaşmasında və dövlətçilik ideallarının təbliğində müstəsna rol oynayıb. Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə təməlini qoyduğu bu böyük ənənə bu gün müasir dövrün tələblərinə uyğun olaraq yeni keyfiyyət müstəvisində davam etdirilir. Xüsusilə Vətən müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycan yalnız regionun deyil, həm də qlobal media platformalarının əsas müzakirə mərkəzlərindən birinə çevrilib. Mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq media forumları ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda, Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyası baxımından strateji əhəmiyyət kəsb edir. Bununla yanaşı, rəqəmsallaşma və sosial medianın sürətli inkişafı dövründə peşəkar jurnalistikanın prinsiplərinin qorunması, dezinformasiya və saxta xəbərlərlə mübarizə, ana dilimizin saflığının qorunması günümüzün başlıca çağırışlarındandır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

O xatırladıb ki, mədəniyyət paytaxtımız Şuşada artıq neçə ildir, beynəlxalq media forumlar keçirilir. Bu, Şuşanı mədəniyyət paytaxtımız olmaqla yanaşı, həm də bir media paytaxtına çevirir: “Buranın üstünlüyü ondadır ki, dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər həm azad Qarabağı görür, quruculuq işləri ilə tanış olur, həm də Prezident İlham Əliyevin fikirləri ilə tanış olur, dövlətimizin başçısına müxtəlif mövzularda suallar ünvanlayırlar. Hesab edirəm ki, bu, həm dünya mediasının Azərbaycana marağı, həm də Azərbaycan mediasının dünya mediasına inteqrasiyası baxımından əhəmiyyətlidir. Prezidentin media forumlarda beynəlxalq siyasətlə, ölkələrarası münasibətlərlə bağlı səsləndirdiyi fikirlər böyük reaksiya doğurur. Müşahidəçilərin qiymətləndirməsinə görə, bu, ən doğru təhlil və ən sanballı mülahizələrdir. Bu mənada Azərbaycanın liderinin dünyada baş verən proseslərə münasibəti xüsusi önəm daşıyır. Bu baxımdan hesab edirəm ki, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlər Şuşada keçirilən media forumlarda iştirak etməyi arzulayırlar və suallarına cavab tapa bilirlər”.

Rəşad Məcid, eyni zamanda, vurğulayıb ki, bu gün jurnalist və media adına çoxlu iddiaçılar var. “İnformasiya texnologiyalarının inkişafı ona gətirib ki, həm onlayn saytlar, həm də influyenserlər, blogerlər, sosial media fəalları jurnalist adına iddia edirlər. Şübhəsiz ki, bunlar bir çox hallarda jurnalistikanın prinsiplərindən xəbərsiz olurlar, peşə etikasına əməl etmirlər. Bu baxımdan da bir az xaotik vəziyyət yaranır. Amma Azərbaycanın 151 illik tarixi olan mətbuatının “Əkinçi” qəzetinin gözəl ənənələrindən başlayan peşəkarlıq, maarifçilik, vətənpərvərlik yolu var. Bu baxımdan hesab edirəm ki, peşəkar jurnalistikamız daima bu tarazlığı qoruyub saxlaya bilir və biləcək”, - deyə Mətbuat Şurasının sədri diqqətə çatdırıb.

Onun sözlərinə görə, informasiya texnologiyalarının, rəqəmsal medianın inkişafı bir tərəfdən jurnalistikada çeviklik yaradıbsa, digər tərəfdən dezinformasiyalara, saxta xəbər istehsalına güclü təsir edib. “Bu mənada bir sıra hallarda bəzən bilərəkdən, bəzən də bilməyərəkdən dezinformasiyaların yayılması halları müşahidə olunur. Bununla bağlı müvafiq qurumlar operativ və çevik reaksiya göstərir. Bununla yanaşı, şübhəsiz ki, jurnalistlərimiz də fəal olmalıdırlar. Belə saxta xəbərlərə, dezinformasiyalara qarşı vaxtında tədbirlər görməli, həqiqi informasiyanı operativliklə çatdırmalıdırlar. Azərbaycan mediası tarixdən gələn ənənələri qoruyub saxlamalıdır. Birinci növbədə obyektivlik missiyasını həyata keçirməlidir. Eyni zamanda, vətənpərvərlik missiyası həmişə öndə olmalıdır. Çünki indiki dövrdə bir sıra informasiyalar milli təhlükəsizliyimizə xələl gətirir. Bu mənada da bizim vətənpərvərliyi əks etdirən informasiyalarımız öndə olmalıdır. Həmçinin uzun illərin ənənəsi, maarifçilik missiyası, Azərbaycan dilinin qorunması da mətbuatımızın əsas missiyalarından olmalıdır”.

Mətbuat Şurasının sədri onu da bildirib ki, Həsən bəy Zərdabidən başlayan böyük maarifçilik missiyası sonrakı dövrlərdə də davam edib. XX əsrin əvvəllərində Azərbaycanda həm də qəzet bumu yaşanıb - "Həyat", "İrşad", "Açıq söz", "Tərəqqi" qəzetləri, "Molla Nəsrəddin" jurnalı çap olunub. “Sevindirici haldır ki, son illərdə bu mətbuat orqanlarının transliterasiyası işıq üzü görür. Bunların sırasından ən sanballılarından biri rektor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universitetində çap edilən Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəylinin rəhbəri olduğu "Azərbaycan" qəzetinin 15 cildlik transliterasiyasıdır. Bu, həmin dövrü, eyni zamanda, mətbuatın tarixini öyrənmək baxımından çox əhəmiyyətlidir. Bu gün artıq yeni “Media haqqında" Qanun var. Ümummilli Lider Heydər Əliyevin mətbuatımıza göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu sahədə görülən işlər mətbuat işçiləri, jurnalistlər üçün münbit şərait yaradır”.

Müxbir - Şəlalə Camal

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər