Milanın Berqamo aeroportunda uçuşlar dayandırılıb
Roma, 1 oktyabr, AZƏRTAC
İtaliyanın Milan şəhərinin üçüncü böyük hava limanı olan “Orio al Serio” beynəlxalq hava limanında (Caravaggio/Berqamo aeroportu) uçuşlar dayandırılıb.
AZƏRTAC xəbər verir ki, buna Barselonadan gələn təyyarənin uçuş-enmə zolağında təkərinin partlaması səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, sərnişinlər təxliyə ediliblər. Hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Hava limanını idarə edən “Sacbo” şirkətindən bildirilib ki, texniki nasazlıqlar səbəbindən hazırda uçuş-enmə zolağında dayanan təyyarəyə görə əməliyyatlar dayandırılıb: “Uçuşlar təxirə salınıb, gələn reyslər isə hava limanı yenidən açılana qədər dəyişdirilə və ya ləğv edilə bilər”.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]