Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ BANKIN İDARƏ HEYƏTİNİN SƏDRİ ELMAN RÜSTƏMOVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Çox hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi bu gün milli valyutamızın, yeni manatın təqdimat mərasimində səmimi qəlbdən salamlayıram. Möhtərəm Prezident, bu mərasim Sizin cari il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” verdiyiniz məlum Fərmanla nəzərdə tutulmuş tədbirlər çərçivəsində keçirilir. Fərmanda Azərbaycan hökuməti və Milli Bank qarşısında iki əsas vəzifə qoyulmuşdur.

Birincisi, ölkədə həm milli valyutanın məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, onu dünyanın aparıcı valyutalarının mübadilə məzənnələrinə uyğun səviyyədə formalaşdırmaq, ikincisi isə, milli valyutamızın yeni nəslini həm estetik baxımdan, həm də mühafizə fəlsəfəsi çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırmaq vəzifəsi qoyulmuşdur.

Denominasiya vaxtı üzümüzə gələn il, 2006-cı il yanvarın 1-i müəyyənləşdirilmişdir. Nəyə görə məhz indi? Bu sual indiyə qədər mətbuatda müzakirə olunur. Ona görə ki, bu denominasiyanın keçirilməsi vaxtı iki mühüm fundamental amilə əsaslanır. Birincisi, 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə ümummilli liderimiz, ulu öndərimiz Heydər Əliyev tərəfindən ölkədə həyata keçirilən quruculuq işləri, radikal islahatlar, iqtisadi inkişaf, uğurlu neft strategiyası çərçivəsində Azərbaycanda davamlı və möhkəm makroiqtisadi sabitlik yaranmışdır. Bu dövrü səciyyələndirən bir neçə rəqəmi qeyd etmək istəyirəm. Azərbaycanda orta inflyasiya 1995-2005-ci illərdə cəmi 4 faizdən yuxarı olmamışdır. Manatın məzənnəsi 10 il ərzində cəmi 3 faiz dəyişibdir. Yəni manat özünü daxildə sabit valyuta kimi göstərə bilmişdir. Manatın məzənnəsinin möhkəmlənməsində mühüm amil olan ölkənin starateji valyuta ehtiyatları 9 dəfə artaraq, bu gün 2,5 milyard dollara gəlib çatmışdır. Halbuki, bizim dövriyyədə cəmi 700 milyon ABŞ dolları həcmində milli valyutamız var. Bunlar onu göstərir ki, bu dövrdə Azərbaycanda həm möhkəm makroiqtisadi sabitlik yaradılmış, həm də gələcək inkişaf üçün perspektivlər açılmışdır.

İkinci amil ondan ibarətdir ki, Azərbaycanın dünyanı heyrətə salan çox əsrarəngiz iqtisadi inkişaf sürəti var. Cənab Prezident, Sizin rəhbərliyiniz altında 2003-cü ildən həyata keçirilən siyasət, ulu öndərimizin xəttinə sadiqlik ona gətirib çıxarıb ki, bu gün Azərbaycanda iqtisadi inkişafın dinamikası illik 20-30 faizlə ölçülür. Bu, gələcəyə tam nikbinliklə baxmağa imkan verir. Məndən hərdən soruşurlar ki, bu gün Azərbaycan manatı yeni məzənnə ilə 0,91 ABŞ dolları səviyyəsindədir. Bunu saxlamaq mümkün olacaqmı? Mən deyirəm, əksinə, bizim və hökumətimizin əsas məqsədi ondan ibarətdir ki, manatı həddən artıq möhkəmlənməyə qoymayaq. Çünki bu, iqtisadiyyatımıza ziyan gətirə bilər. Bütün bunlar deməyə imkan verir ki, 1990-cı illərin əvvəllərində dövriyyəyə buraxılmış milli valyutanın həddindən artıq dəyərsizləşməsi, onun devalvasiyası nəticəsində gündəlik tələbat mallarının 4-5 rəqəmlə ölçülən qiymətləri kimi ağır pisixoloji yükdən xilas olaq və yeni dövrə yeni manatla, yeni valyuta ilə daxil olaq. Bu, yeni dövrün valyutası olacaqdır. Sizin irəli sürdüyünüz yeni iqtisadi doktrinaya uyğun olaraq, bu gün rəqabətli, alternativ iqtisadiyyatın yaradılması və Azərbaycan xalqı üçün yeni həyat standartlarının yaradılması ideologiyasına uyğun yeni valyuta təqdim olunur.

Fərmanda Milli Bank qarşısında qoyulan əsas vəzifələrdən biri milli və tarixi ənənələrimizi daha qabarıq ifadə edən, o cümlədən bu sahədə dünyadakı texnoloji meyarlara uyğun pul nişanları hazırlanıb ölkəyə gətirilməsini təmin etmək idi. Bunun üçün biz bir sıra addımlar atdıq. İlk növbədə, böyük beynəlxalq müsabiqə elan etdik. Müsabiqədə avro pul nişanlarının müəllifi, məşhur Robert Kalina qalib gəldi və yeni manatın dizaynının yaradılması ona tapşırıldı. Pulların çap olunması müsabiqəsində isə Avstriya Mərkəzi Bankının çap şirkəti qalib gəldi.

Bizim üçün bir ideya lazım idi. Beynəlxalq təcrübə ilə tanışlığımız göstərdi ki, dünyada bir sıra aparıcı valyutalar ancaq vahid bir ideya, vahid bir prinsip əsasında yaradılmışdır. Biz bu ideyanı axtardıq və ulu öndərimizin sözü yadımıza düşdü ki, Azərbaycanın müstəqilliyi bizim ən ali dəyərimizdir. Dizayn mövzusu da Azərbaycanın müstəqilliyi seçildi. Bu müstəqillik 6 banknotun mövzusunda açılır. Hər bir banknot da dövriyyəyə buraxılacaq 6 metal sikkənin mövzusu ilə sıx əlaqədardır. Bu, hansı mövzulardır?

Birincisi, bizim qədim mədəniyyətimiz, incəsənətimiz 1 manatlıqda öz əksini tapdı. 5 manatlıqda bizim qədim, dünyaya böyük incilər, töhfələr vermiş böyük ədəbiyyatımız, Orxon-Yenisey yazılarından tutmuş, bu günə kimi davam edən ədəbiyyatımız, yazımız mövzusu götürüldü. Bizim qədim tarixçiliyimiz və dövlətçiliyimiz, müstəqilliyimiz 10 manatlıqda əks olunubdur. Burada qədim Bakı, Şirvanşahlar sarayı və digər təsvirlər vardır.

Cənab Prezident, Sizin tövsiyənizlə 20 manatlığın dizaynı ölkəmizin bir nömrəli milli problemi olan Qarabağ münaqişəsinə həsr olunubdur. Qarabağa aid təsvirlər əbədiyaşar Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulmuş sülh və ya döyüş mövzusuna həsr edilmişdir. 50 və 100 manatlıqlardakı təsvirlər isə modern ideyalardır, yəni təhsilə və gələcəyə aiddir. Sizin Gənclər Forumunda dediyiniz kimi, bizim gələcəyimiz neft deyil, yüksək təhsildir, texnologiyadır və bu ideya 50 manatlıq banknotda vardır. 100 manatlıq isə bugünkü əsrarəngiz inkişafın perspektivini, iqtisadiyyatımızın yüksəlişini, xalqımızın yeni həyat standartlarını əks etdirir. Bunların hamısı bir yerdə birləşərək vahid bir ideyanı təşkil etmişdir.

Bir neçə kəlmə də pul nişanlarının mühafizəsi haqqında demək istəyirəm. Manatın indiki mühafizə səviyyəsi avronun mühafizə səviyyəsindən aşağı deyildir. 4 qrupa bölünmüş 30-a yaxın mühafizə elementi vardır. Bizim manatın hazırlanmasında hələ dünyada indiyə qədər istifadə olunmamış yeni texnologiyalar var. Çünki bu sahədə texnologiya daim inkişaf edir. Bu valyutanı çap edən şirkət bizə müraciətlə xahiş edibdir ki, Azərbaycan manatı aprel ayında keçiriləcək növbəti beynəlxalq sərgiyə göndərilsin.

Manatın kağızı İsveçrə frankı üçün kağız istehsal edən şirkət tərəfindən istehsal olunmuşdur və ən yüksək keyfiyyətə malikdir. Biz bu işlərin görülməsində İsveçrə Mərkəzi Bankını özümüzə rəsmi məsləhətçi seçmişdik. Bu gün İsveçrə və Avstriya mərkəzi banklarının nümayəndələri də buradadırlar. Onlar Azərbaycan Milli Bankına böyük texniki yardım göstərmişlər.

Cənab Prezident, fürsətdən istifadə edərək, bu layihə haqqında qəbul olunmuş bu qərara, sözün əsil mənasında milli xüsusiyyətli bu layihənin gerçəkləşməsində bizə göstərdiyiniz qayğıya, verdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev yeni pul nişanlarının istifadəyə verilməsi əlaməti olaraq, “rəmzi manat”ın üzərindən örtüyü götürdü, ilk dəfə nümayiş etdirilən banknotlar və sikkələrlə yaxından tanış oldu, onların dizaynı ilə maraqlandı.

Prezident İlham Əliyev İsveçrə və Avstriyanın mərkəzi banklarının nümayəndələri ilə də görüşüb söhbət etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır